Libraryدستاویزات
Qəriblər
Bu kitab insan bu dünyada qərib və ya müsafir olduğunu və bu dünyanın fani olduğunu bəyan edir By: Əlixan Musayev Source: IslamHouse.com · Əlixan Musayev
کتاب سے
متن کے ابتدائی صفحات۔ مکمل پڑھنے کے لیے اوپر کتاب کھولیں۔
Mərhəmətli, Rəhmli Allahın adı ilə!
Müqəddimə
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur!
Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan
bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik,
nəfslərimizin şərindən və pis əməllərimizdən qorun-
maq üçün yalnız Ona pənah aparırıq. Allah kimə
hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu
doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm
ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur,
Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd
Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və
ancaq müsəlman olduğunuz halda ölün!»1
«Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan
da zövcəsini yaradan və onlardan da bir çox kişi və
qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun!
Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz
Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən
çəkinin! Həqiqətən, Allah sizə nəzarət edəndir!»2
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz
söyləyin! Əgər belə etsəniz Allah əməllərinizi islah
edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və
Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar».3
1 Ali İmran, 102.
2 ən-Nisa, 1.
3 əl-Əhzab, 70-71.
2
Müsəlman qardaş və bacılarım! Uca Allah Muhəm-
məd peyğəmbəri r seçib bütün insanlara və cinlərə
elçi göndərmişdir. Peyğəmbərimiz r öz öhdəsinə
düşən vəzifəni layiqincə yerinə yetirmiş və axirəti
qazanmağımız üçün bizə Allahın dinini öyrətmişdir.
Biz müsəlmanlar belə bir dinin bizə gəlib çatmasına
sevinməli, Allaha çoxlu-çoxlu şükürlər etməliyik.
Peyğəmbərimiz r bizə yalnız Allah üçün yaşamağı,
axirət yurduna can atmağı və qəlbən fani dünyaya
bağlı olmamağı nəsihət etmişdir. Bu kiçik risalədə
məhz dünyaya bağlı olmamaq barədə, dünyada bir
qərib yaxud bir müsafir kimi olmaqdan söhbət gedir.
Uca Allahdan diləyirəm ki, bizləri peyğəmbərlərlə,
siddiqlərlə, şəhidlərlə və əməlisalehlərlə birlikdə fir-
dovs Cənnətinə daxil etsin!
Tərcüməçidən
3
Qəriblər
İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər r
mənim çiynimdən tutub dedi: "Dünyada bir qərib
yaxud bir müsafir kimi ol!"
İbn Ömər (r.a) deyərdi: "Axşama çıxdıqda, səhərə
sağ qalacağını və səhərə çıxdıqda axşama sağ qalaca-
ğını gözləmə. Xəstələnənədək sağlamlığından və ölə-
nədək həyatından istifadə et!"1
Bu misallarda olan hikmətin üzərində bir az dayan-
maq istərdim. Belə ki, indi hər birimizin durumuna
baxsaq çox asanlıqla görə bilərik ki, bir çoxlarımız
bu dünya həyatına müvəqqəti, keçici bir həyat kimi
baxmırıq. Biz bu həyatı elə yaşayırıq ki, sanki heç
buranı tərk etməyəcəyik. Və ya bu dünyanı tərk
edəcəyimizi bilə-bilə dünya malını əldə etmək üçün
gərgin çarpışmalara baş vururuq. Bu məsələnin –
yəni dünyaya bağlılığın mənfi təsirlərini düzgün
təsəvvür etmək üçün belə bir təhlükəni bizə aydınla-
dacaq bəzi başqa hədislərə və sələflərin dediklərinə
nəzər salmaq lazımdır. Peyğəmbərimiz r hədislərin
birində özünün bu dünyada qərib olduğunu vəsf edib
demişdir: "Mənim bu dünyada olan məsəlim, ağacın
kölgəsində dincəlib sonra yoluna davam edən mü-
safirin məsəlinə bənzəyir."2 Bu hədisdən belə nəticə
1 Sünən Əbu Davud
2 Sünən ən-Nəsai
تبصرے
ابھی کوئی تبصرہ نہیں۔ سب سے پہلے کوئی مفید بات شیئر کریں۔
متعلقہ
Müsəlmanın qalası
islamicmedia.tv
4 views · 5 months ago
Qurani Kərim və Azərbaycan dilinə mənaca tərcüməsi
islamicmedia.tv
5 views · 5 months ago
UC SUAL
islamicmedia.tv
6 views · 5 months ago
Peyğəmbər səllallahu aleyhi və sələmi sevmək
islamicmedia.tv
7 views · 5 months ago
Əhli-beyt və səhabələr sevgi və qohumluq əlaqələri
islamicmedia.tv
7 views · 5 months ago
Peyğəmbər səllallahu aleyhi və səlləmin əxlaqı İmam Buxari
islamicmedia.tv
5 views · 5 months ago
Peyğəmbərin səllallahu aleyhi və səlləmin xislətləri
islamicmedia.tv
8 views · 5 months ago
10 haqq kitabı
islamicmedia.tv
4 views · 5 months ago
Raşidi xəlifələr
islamicmedia.tv
6 views · 5 months ago
Səhih Muslim
islamicmedia.tv
6 views · 5 months ago