Libraryدستاویزات
UC SUAL
Bu kiçik risalədə toxunacağım mövzu hər bir bəndə üçün maraqlı və vacib olan mühüm bir məsələni əhatə edir. Belə ki, bu haqda kifayət qədər məlumatı olmayan hər bir şəxs özünün dünya və axirət həyatını puç edə bilər. Odur ki, risalənin adına diqqət yetirin! Burada üç sual dedikdə bər-zəxdə soruşulacaq suallar nəzərdə tutulur. Yəni «Rəbbin kimdir?», «Dinin nə¬dir?» və «Peyğəmbərin kimdir?» - deyə sorğu-sual olunacaq¬dır. By: Əlixan Musayev Source: IslamHouse.com · Əlixan Musayev
کتاب سے
متن کے ابتدائی صفحات۔ مکمل پڑھنے کے لیے اوپر کتاب کھولیں۔
1
Əlixan Musayev
ÜÇ
SUAL
Bakı - 2016
2
Tərcümə və tərtib: Əlixan Musayev
İxtisasçı redaktor: Mübariz Qarayev
Bu kitabçada hər kəsi dünyadan köçdükdən sonra göz-
ləyəcək bəzi hadisələrə toxunulur və ilkin olaraq veriləcək üç
sual barəsində bəhs edilir.
Ön söz
Həqiqətən, həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz
Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və
bizi haqq yoluna yönəltməyi diləyirik, nəfslərimizin şərindən və
pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq.
Allah kimə hidayət versə o, haqq yolunda olar və kimi də azdırsa
onu haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki,
3
Allahdan başqa ilah (ibadətə haqqı olan məbud) yoxdur, Onun
şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və
elçisidir.
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və yalnız
müsəlman olduğunuz halda ölün!»1
«Ey insanlar! Sizi tək bir şəxsdən [Adəmdən] xəlq edən,
ondan zövcəsini [Həvvanı] yaradan və onlardan da bir çox
kişi və qadınlar törədən Rəbbinizdən qorxun! [Adı ilə] bir-
birinizdən [cürbəcür şeylər] istədiyiniz Allahdan, həmçinin
qohumluq əlaqələrini kəsməkdən qorxun! Şübhəsiz ki, Allah
sizin üzərinizdə nəzarətçidir!»2
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söy-
ləyin! [Əgər belə etsəniz, Allah] əməllərinizi islah edər və
günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə
itaət etsə, böyük bir səadətə [Cənnətə] nail olar».3
Əziz həmvətənlərim, müsəlman bacı və qardaşlarım! Biz yenə
də Uca Allahın köməyi ilə dini maarifləndirmə istiqamətində
fəaliyyətimizi davam etdiririk. Çünki bu çox şərəfli və həm də
məsuliyyətli bir işdir. Həm dini, həm də dünyəvi cəhətdən
savadlı insanların yaşadığı cəmiyyətdə problemlərin az olması
artıq sınaqdan keçmiş bir təcrübədir. Şükürlər olsun ki, bu gün
azad Azərbaycanımızda bu iki istiqamətdə uğurlu irəliləyişlər
artıq mövcuddur.
Diqqətinizə çatdıracağımız bu risalə çox mühüm bir məsələni
əhatə edir. Belə ki, hər birimiz yaşayır, inkişaf edir və sonunda
dəyişilməz nizama tabe olaraq hamı kimi dünyanı tərk edirik.
Lakin ölümdən sonrakı aləmdə bizi gözləyən hadisələr barəsində
heç də hamımız məlumatlı deyilik. Əlinizdə olan bu risaləyə ,,3
1 «Ali-İmran» surəsi, 102.
2 «ən-Nisa» surəsi, 1.
3 «əl-Əhzab» surəsi, 70-71.
تبصرے
ابھی کوئی تبصرہ نہیں۔ سب سے پہلے کوئی مفید بات شیئر کریں۔
متعلقہ
Müsəlmanın qalası
islamicmedia.tv
4 views · 5 months ago
Qurani Kərim və Azərbaycan dilinə mənaca tərcüməsi
islamicmedia.tv
5 views · 5 months ago
Peyğəmbər səllallahu aleyhi və sələmi sevmək
islamicmedia.tv
7 views · 5 months ago
Əhli-beyt və səhabələr sevgi və qohumluq əlaqələri
islamicmedia.tv
7 views · 5 months ago
Peyğəmbər səllallahu aleyhi və səlləmin əxlaqı İmam Buxari
islamicmedia.tv
5 views · 5 months ago
Peyğəmbərin səllallahu aleyhi və səlləmin xislətləri
islamicmedia.tv
8 views · 5 months ago
10 haqq kitabı
islamicmedia.tv
4 views · 5 months ago
Raşidi xəlifələr
islamicmedia.tv
6 views · 5 months ago
Səhih Muslim
islamicmedia.tv
6 views · 5 months ago
Müxtəsər Səhih əl-Buxari
islamicmedia.tv
5 views · 5 months ago