LibraryBelgeler
Qadınlara münasibət
Bu kitab Quran vü Sünnəyə əsasən qadınların haqlarından bəhs edir By: Əlixan Musayev Source: IslamHouse.com · Əlixan Musayev
Kitaptan
Metnin ilk sayfaları. Tamamını okumak için yukarıdaki kitabı açın.
= 1 =
QADINLARA MÜNASIBƏT
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz
Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma
və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin
şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız
Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru
yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapıl-
maz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə
haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik
edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və
ancaq müsəlman olduğunuz halda ölün!»1
«Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan da
zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın
törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-
birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan qorxun və
qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən,
Allah sizə nəzarət edəndir!»2
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz
söyləyin! Əgər belə etsəniz Allah əməllərinizi islah edər
və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun
elçisinə itaət etsə, böyük bir səadətə nail olar».3
Hörmətli bacı və qardaşlarım! Bu kainatın yaradıldığı
zamandan etibarən nə qədər insana müvəqqəti yaşayış
məskəni olduğunu yalnız hər şeyə qadir Allah bilir. Nə
qədər insan burada dünyaya gəlmiş, yaşamış, çalışmış və
1 «Ali İmran» surəsi, 102.
2 «ən-Nisa» surəsi, 1.
3 «əl-Əhzab» surəsi, 70-71.
= 2 =
gözlərini bu dünyaya əbədi olaraq yumub getmişdir.
Əlbəttə, bu düzümün bu günə qədər pozulmamasında
düşünən insanlar üçün çoxlu ibrətlər vardır. Hər bir insan
bu yaradılışa öz prizmasından müxtəlif münasibətlər
bildirə bilər. Lakin ən dəqiqini isə bu heyrətamiz
möcüzələrin Yaradıcısı bilir. O biz insanları yaratdı və
nəfsimizin bizi nəyə təhrik edəcəyini də Öz əzəli elmi ilə
bilib bizi tənha buraxmadı. O, hər qövmə, millətə daim
doğru yol göstərən peyğəmbərlər göndərdi.
Peyğəmbərlərin sonuncusu olan Muhəmmədi r isə
O, bütün bəşəriyyətə rəhmət olaraq göndərdi. Bütün in-
sanlara yollarını azmamaq üçün ona itaət etməyi vacib
buyurdu. Məncə düşüncəsi olan hər bir insan Uca
Allahın bu mərhəmətindən layiqincə faydalanmalıdır. O,
insanları kişi və qadın olmaqla iki cinsə ayırdı və hər biri
üçün hüquq və vəzifələr müəyyən etdi. O, bu hüquq və
vəzifələri Qurani-Kərim və sonuncu peyğəmbəri Mu-
həmməd r vasitəsilə bizə çatdırdı. Bizim hər birimiz şa-
hidik ki, Islam dinində qadına çox səlahiyyətlər verilmiş-
dir. Təəssüf ki, qadınlarımızın böyük əksəriyyəti bu hü-
quqlardan layiqincə faydalana bilmirlər. Əslində onlarla
xoşbəxtlik arasında elə bu qaydalara riayət etmək durur.
Allah və Onun Rəsulu r kişilərə onların haqlarını tapda-
lamamağı əmr edir və bu məsələnin nə qədər ciddi oldu-
ğunu daim bizə xatırladır. Bu məsələnin nə dərəcədə
önəmli olmasını Peyğəmbərimizin r vida xütbəsində
buna xüsusi yer ayırmasında görmək olar. Hər bir kişi
övrətinin onun üzərində olan haqlarını qorumalı və
başqalarını da buna sövq etdirməlidir. Bu haqların qısa
= 3 =
xülasəsini qeyd etməklə məlumatlarınızı daha da artır-
maq istərdim.
İlk öncə qeyd etmək lazımdır ki, hər bir kişi ailə
qurduqda şəriət qaydalarını poza biləcək heç bir hərəkətə
yol verməməlidir. Çünki ailə qurduqda ortaya çıxan
problemlər, müxtəlif anlaşılmazlıqlar həmişə mövcud
olub. Əgər bu məsələdə ən yüksək uğur əldə etmək
istəyiriksə Allaha və Onun elçisinə r itaət etməliyik.
Yalnız o halda kişi qurduğu ailədə öz səadətini tapar. Və
yalnız o halda qadın da öz hüquqlarına tam təminat ala
bilər. Ailə qurmaq qızın vəlisinin (ata, baba, əmi, qardaş
və s.) icazəsi və razılığı olmadan həyata keçirilə bilməz.
Qızı qaçırtmaq isə haramdır. Çünki peyğəmbərimiz r
demişdir ki, vəlisiz nikah batildir. Həmçinin nikah
bağlanan zaman qadınların mehrlərini könül xoşluğu ilə
vermək də evlənmənin şərtlərindəndir. Bu xüsusda Uca
Allah belə buyurur: «Qadınlara öz mehrlərini könül
xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə
bir pay versələr, onu nuşcanlıqla, halal olaraq yeyin!»1
Bundan başqa Allah onlara verilən mehri geri almağı
da qəti qadağan edir: «Qadınlara verdiklərinizdən bir şey
götürmək sizə halal olmaz».2
Həmçinin qadınları mirasdan məhrum etmək də
şəriətə qarşı çıxmaqdır. Bu barədə Uca Allah belə
buyurur: «Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz
yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra,
qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizə
1 «ən-Nisa» surəsi, 4.
2 «əl-Bəqərə» surəsi, 229.
Yorumlar
Henüz yorum yok. Faydalı bir düşünceyi ilk paylaşan siz olun.
İlgili
Valideynlərə münasibət
islamicmedia.tv
3 views · 5 months ago
Müsəlmanın qalası
islamicmedia.tv
4 views · 5 months ago
Qurani Kərim və Azərbaycan dilinə mənaca tərcüməsi
islamicmedia.tv
5 views · 5 months ago
UC SUAL
islamicmedia.tv
6 views · 5 months ago
Peyğəmbər səllallahu aleyhi və sələmi sevmək
islamicmedia.tv
7 views · 5 months ago
Əhli-beyt və səhabələr sevgi və qohumluq əlaqələri
islamicmedia.tv
7 views · 5 months ago
Peyğəmbər səllallahu aleyhi və səlləmin əxlaqı İmam Buxari
islamicmedia.tv
5 views · 5 months ago
Peyğəmbərin səllallahu aleyhi və səlləmin xislətləri
islamicmedia.tv
8 views · 5 months ago
10 haqq kitabı
islamicmedia.tv
4 views · 5 months ago
Raşidi xəlifələr
islamicmedia.tv
6 views · 5 months ago