LibraryBelgeler
Valideynlərə münasibət
Valideynlərə münasibət By: Əlixan Musayev Source: IslamHouse.com · Əlixan Musayev
Kitaptan
Metnin ilk sayfaları. Tamamını okumak için yukarıdaki kitabı açın.
= 1 =
Rəhimli, Mərhəmətli Allahın adı ilə!
MÜQƏDDİMƏ
Şükr və tərif Allaha məxsusdur. Biz ona şükr edir, Onu
tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma
diləyirik, nəfslərimizdəki şərdən, əməllərimizdəki pislik-
lərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yo-
luna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yo-
luna yönəldən tapılmaz. Şəhadət edirəm ki, Allahdan
başqa ibadətə haqqı olan tanrı yoxdur, Onun şəriki yoxdur
və şəhadət edirəm ki, Məhəmməd r Onun qulu və elçisi-
dir.
«Ey iman gətirən kəslər! Allahdan lazımınca qorxun
və yalnız müsəlman olduğunuz halda ölün!»1
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq
edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da
bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı
ilə) bir-birinizdən (cürbəcür şeylər istədiyiniz) Allahdan,
həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin!
Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!»2
«Ey iman gətirən kəslər! Allahdan qorxun və doğru
söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah
edər və günahlarınızı bağışlar. Hər kəs Allaha və
Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar».3
Müsəlman qardaş və bacılarım! Bu müxtəsər və
maraqlı risalə sizi lazımınca valideynlərin qayğısına
1 «Ali İmran» surəsi, 102-ci ayə.
2 «ən-Nisa» surəsi, 1.
3 «əl-Əhzab» surəsi, 70-71.
= 2 =
qalmağa sövq edər və onların haqlarını ödəməyə vadar
edər. Həqiqətən bu mövzu günümüzdə baş verən bir çox
problemlərin qarşısını ala bilər və ata-anaya qayğı
göstərmək üçün hər bir müsəlmana yol göstərər.
Əzəmətli Allahdan rica edirik ki, Allah subhənəhu
təalənin kitabını və Rəsulullahın r sünnəsini öz həyatının
bütün sahələrində rəhbər tutan müsəlman ümmətinə
uğurlar bəxş etsin. O, doğrudan da Eşidən və cavab
Verəndir. Sonuncu duamız budur: Əl-həmdu lilləhi rabbil-
aləmin – Aləmlərin Rəbbi Allaha şükürlər olsun!
= 3 =
VALİDEYNLƏRİN İSLAMDA YERİ
Hər bir müsəlman ilk əvvəl onu yaradan Allahı, sonra
ona doğru yolu (siratəl müstəqim) göstərən peyğəmbərini
və daha sonra valideynlərini sevməli və onlara itaət etmə-
lidir.
Allah təalə buyurur: «İnsanların içərisində Allahdan
qeyrilərini Allaha şərik qoşub, onları Allahı sevən kimi se-
vənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha mə-
həbbəti daha qüvvətlidir».1
Ənəs bin Malikin t rəvayət etdiyi hədisdə Peyğəmbər
r demişdir: «Sizdən biriniz məni valideynindən, övladın-
dan və bütün insanlardan çox sevməyincə imanı (kamil)
olmaz».2
Əbu Hureyrə t rəvayət edir ki, bir kişi Peyğəmbərin
r yanına gəlib dedi: «Ey Allahın elçisi! Mən kimə daha
çox qayğı göstərməliyəm!» O dedi: «Anana». Kişi
soruşdu: «Sonra kimə?» Peyğəmbər r dedi: «Anana».
Kişi təkrar soruşdu: «Sonra kimə?» O dedi: «Anana». Kişi
bir daha soruşdu: «Bəs sonra kimə?» Peyğəmbər r bu
dəfə «Atana» – deyə cavab verdi».3
ATA-ANAYA QARŞI İTAƏT VƏ NƏVAZİŞİN
VACİBLİYİ
Müqəddəs Quranın ayələrinə, mötəbər hədislərə, səha-
bələrin və islam alimlərinin həmrəy olduqları fikirlərinə
1 «əl-Bəqərə», 165.
2 Müslim, 167.
3 əl-Buxari, 5971.
Yorumlar
Henüz yorum yok. Faydalı bir düşünceyi ilk paylaşan siz olun.
İlgili
Qadınlara münasibət
islamicmedia.tv
3 views · 5 months ago
Müsəlmanın qalası
islamicmedia.tv
4 views · 5 months ago
Qurani Kərim və Azərbaycan dilinə mənaca tərcüməsi
islamicmedia.tv
5 views · 5 months ago
UC SUAL
islamicmedia.tv
6 views · 5 months ago
Peyğəmbər səllallahu aleyhi və sələmi sevmək
islamicmedia.tv
7 views · 5 months ago
Əhli-beyt və səhabələr sevgi və qohumluq əlaqələri
islamicmedia.tv
7 views · 5 months ago
Peyğəmbər səllallahu aleyhi və səlləmin əxlaqı İmam Buxari
islamicmedia.tv
5 views · 5 months ago
Peyğəmbərin səllallahu aleyhi və səlləmin xislətləri
islamicmedia.tv
8 views · 5 months ago
10 haqq kitabı
islamicmedia.tv
4 views · 5 months ago
Raşidi xəlifələr
islamicmedia.tv
6 views · 5 months ago