Libraryدستاویزات
Sovet Azərbaycanında ateizm təbliğatı
Sovet Azərbaycanında ateizm təbliğatı. Müəllif: Sahib Əsədov. O, hal hazırda Mədinə Beynəlxalq İslam universitetinin doktorantura tələbəsidir. Müəlifin bu kitabı onun Mədinə Beynəlxalq İslam universitetində "Azərbaycanda ateizm haqqında" 400 səhifəlik maqistr işinin ilk üçdə bir hissəsinin Azərbaycan dilinə tərcüməsidir. Kitabın orjinalı da müəllif tərəfindən yazılıb və ərəb dilindədir. Bu kitab çox mühüm tarixi faktlara əsaslanaraq akademik elmi üslubda yazılmışdır. Source: IslamHouse.com
کتاب سے
متن کے ابتدائی صفحات۔ مکمل پڑھنے کے لیے اوپر کتاب کھولیں۔
Sovet Azərbaycanında Ateizm Təbliğatı – Sahib Əsədov
1
SOVET
AZƏRBAYCANINDA
ATEİZM TƏBLİĞATI
Müəllif: Sahib Əsədov
Elmi rəhbər: Dr. Əhməd Xələf
Mədinə 2021
Sovet Azərbaycanında Ateizm Təbliğatı – Sahib Əsədov
2
Ön Söz
Möhtərəm oxucu!1 Əlinizdə olan bu "Sovet Azərbaycanında
ateizm təbliğatı" kitabı Sovet imperiyası dönəmində Azərbaycan
xalqının başına gətirilmiş bir çox müsibətlərdən yalnız biri
haqqında geniş bir araşdırmadır! Bu kitab müəllifin Mədinə
şəhərində "Azərbaycanda ateizmlə əlaqədar" yazdığı maqistr
dissertasiyasının 1/3 hissəsinin tərcüməsidir. Kitabın orjinalı ərəb
dilindədir. Həmin kitab 1918-ci ildən 2018-ci ilə kimi
Azərbaycanda ateizm təbliğatı, dinsizliklə bağlı vəziyyəti
araşdırmışdır. Bu oxuduğunuz kitab həmin kitabın yalnız "sovet
dönəmi ateizm təbliğatına" aid hissəsinin tərcüməsidir.
Bu araşdırmanın əhəmiyyəti ən azından xalqımızın yetmiş illik
bir kommunist təsirindən sonra ictimai, fikri və başqa sahələrdə
yaranmış dəyişiklikləri düşündükdə aydın olur.
Araşdırmanın hədəfi də birinci və ikinci fəsillərdə qoyulan
araşdırma mövzularından aydın olur. Təbii ki, birinci fəsildə
"Azərbaycanda ateizmin tarixi" bir çox araşdırmaçılar üçün, eləcə
də dindarlar və qeyri-dindarlar üçün mühüm bir mövzudur. Bu
fəsildə Azərbaycan tarixində sovet dövründən öncəki ateizm
təbliğatının olub-olmaması araşdırıldıqdan sonra Azərbaycanda
Sovet dövrü ateizminin tarixi araşdırılır.
İkinci fəsildə isə "Azərbaycanda ateistlərin təbliğat vasitələri
və metodikaları" mövzusu açılır və bu 1920-ci ildən 1991-ci ilə
kimi olan tarixi əhatə edir.
Yazdı: Sahib Əsədov Mədinə şəhəri: 2021/9/8
1 Bu kitabı dindar və dinsiz hər kəsin oxuma ehtimalı olduğundan dolayı,
xüsusi dini yazılara hörmətsizlik edilməməsi üçün istər girişdə, istər də digər
yerlərdə dini yazılar, ayələrin ərəbcəsi, açılış duası və s. yazılara yer
verilməmişdir, yalnız kitabın orjinalında olan nəzərə çarpmayacaq qədər
azsaylı yerlər saxlanılmışdır. Bu üslub indiyə kimi yazılmış kitablarımız
içərisində yalnız bu kitabda istifadə edilmişdir.
Sovet Azərbaycanında Ateizm Təbliğatı – Sahib Əsədov
3
BİRİNCİ FƏSİL:
AZƏRBAYCANDA ATEİZMİN TARİXİ
Bu fəsil dörd araşdırma mövzusunu əhatə edir:
Birinci araşdırma:
Azərbaycanda ateizmin yaranması və inkişafı
İkinci araşdırma:
Allahsızlar ittifaqının təsis edilməsi
Üçüncü araşdırma:
Ateizm şüarları və ateist vəsiqələri
Dördüncü araşdırma:
Ateizm təbliğatı siyasətinin yüngülləşdirilməsi.
تبصرے
ابھی کوئی تبصرہ نہیں۔ سب سے پہلے کوئی مفید بات شیئر کریں۔
متعلقہ
Islami dhe ateizmi ballë për ballë
islamicmedia.tv
5 views · 5 months ago
Ateizmden İslam'a Kaçış
islamicmedia.tv
5 views · 5 months ago
عظماء في التاريخ
islamicmedia.tv
1 view · 8 hours ago
من أحكام صلاة المرأة في الحرمين
islamicmedia.tv
1 view · 8 hours ago
البرنامج اليومي للمسلمة في شهر رمضان
islamicmedia.tv
1 view · 8 hours ago
أحكام المرأة في الصلاة دراسة فقهية مقارنة
islamicmedia.tv
1 view · 8 hours ago
توحيد الألوهية أساس الإسلام
islamicmedia.tv
1 view · 8 hours ago
شرح رسالة القواعد الأربع
islamicmedia.tv
1 view · 8 hours ago
توحيد الرب
islamicmedia.tv
1 view · 8 hours ago
شرح خطبة الحاجة
islamicmedia.tv
1 view · 8 hours ago