Libraryدستاویزات
Bütün ümmət üçün mühüm dərslər
Mühüm dərslər Müqəddimə Mərhəmətli və Rəhmli Allahın adı ilə! Həmd olsun aləmlərin Rəbbi Allaha. Gözəl sonluq Allahdan qorxanlar üçündür. Allahın qulu və elçisi olan Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabına Allahın salavatı və salamı olsun. Bu müxtəsər kitab ümmətin İslam dinindən bilməsi vacib olan bəzi məsələləri haqqındadır. Onu “Bütün ümmət üçün mühüm dərslər” adlandırdım. Allahdan istəyirəm... Source: IslamHouse.com
کتاب سے
متن کے ابتدائی صفحات۔ مکمل پڑھنے کے لیے اوپر کتاب کھولیں۔
Bütün ümmət üçün mühüm dərslər
Hörmətli Şeyx
Abdul-Aziz ibn Abdullah ibn Baz
Onun üzərinə Allahın rəhməti olsun!
2
Müqəddimə
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Həmd olsun aləmlərin Rəbbi Allaha. Gözəl sonluq Allahdan qorxanlar üçündür. Allahın qulu və
elçisi olan Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabına Allahın salavatı və salamı
olsun.
Bu müxtəsər kitab ümmətin İslam dinindən bilməsi vacib olan bəzi məsələləri haqqındadır.
Onu “Bütün ümmət üçün mühüm dərslər” adlandırdım.
Allahdan istəyirəm ki, bununla müsəlmanları faydalandırsın və bizdən qəbul etsin. Həqiqətən O,
Cəvvad və Kərimdir.
Abdul-Aziz ibn Abdullah ibn Baz
3
Bütün ümmət üçün əhəmiyyətli dərslər
Birinci dərs:
Əl-Fatihə surəsi və qısa surələr
Əl-Fatihə surəsi və mümkün olan qısa surələri – Əl-
Zəlzələ surəsindən Ən-Nəs surəsinədək – öyrənmək,
oxunuşu düzətmək, əzbərləmək və başa düşüləcək
səviyyədə şərh etmək.
İkinci dərs:
İslamın rükunları
İslamın beş rükunun izahı: Ən birincisi və ən
əzəmətlisi “Lə iləhə illəLLAH və Muhammədən RasuluLLAH”
şəhadətin mənasının və “Lə iləhə illəLLAH”-ın şərtlərinin
izahı.
Mənası: “Lə iləhə” – İbadət olunan yoxdur – Allahdan
başqa bütün ibadət olunanlar inkar edilir, “illəLLAH” –
Allahdan başqa – ibadəti şəriki olmayan yalnız Allah üçün
isbat etməkdir.
“Lə iləhə illəLLAH”-ın şərtləri isə:
1) Elm (Bilmək) – Cəhalətin əksidir; 2) Yəqinlik (əmin olmaq)
– Şəkkin əksidir; 3) İxlas – Şirkin əksidir; 4) Sidq (doğruluq) –
Yalanın əksidir; 5) Məhəbbət – Nifrətin əksidir; 6) Boyun
əymək (əl-İnqiyəd) – Tərk etməyin əksidir; 7) Qəbul etmək –
üz çevirməyin əksidir; 8) Allahdan başqa bütün ibadət
olunanlara küfr etmək.
Bunlar aşağıdakı iki beytdə toplanıb:
محبة وانقیاد والقبول لھا علم یقین وإخلاص وصدقك مع
سوى الإلھ من
الأشیاء قد ألھا وزید ثامنھا الكفران منك بما
“Muhammədən RasuluLLAH” – Muhamməd Allahın elçisidir kəliməsinin izahı: Bu kəlimə bunları
tələb edir: 1) Xəbər verdiklərini təsdiq etmək; 2)Əmr etdiklərinə itaət etmək; 3) Qadağan
etdiklərindən və çəkindirdiklərindən uzaq olmaq; 4) Allaha yalnız onun göstərdiyi şəkildə ibadət
etmək.
Sonra, elm tələbəsinə İslamın digər beş rükünlərı izah olunur. Onlar: Namaz, Zəkat, Ramazan
orucu, gücü çatanın Allahın evinə həcc etməsidir.
Üçüncü dərs:
İmanın rükunları
Onların sayı altıdır: Allaha, mələklərinə, kitablarına, elçilərinə, axirət gününə və qədərin
xeyrinin və şərinin Allahdan olmasına iman gətirməkdir.
Mərhəmətli və Rəhmli Allahın adı
ilə! Ondan kömək istəyirik.
Quranı əzbərləməyin yolu:
İbn Sədi kimi müxtəsər təfsirdən şərhini
oxumaqla hər gün 10 ayə əzbərlənir və
onlara əməl etmək üçün Allahdan
kömək istənilir.
Elm - “Lə iləhə illALLAH”-ın mənasıdır.
Sidq (doğruluq) - sözlərdə, əməldə və
etiqadda olmalıdır.
Məhəbbətin bölümləri
1 – Allah ilə yanaşı məhəbbət. Hökmü
böyük şirkdir.
2 – Allah üçün məhəbbət. Hökmü
vacibdir. İmanın ən möhkəm
bağlarından sayılır. Bu, əmələ
məhəbbət – şəriət hökümlərinə, əməl
edənlərə məhəbbət – peyğəmbərlərə və
mələklərə, zamana məhəbbət –
Ramazan ayı və məkana məhəbbət –
məscidlərə məhəbbət kimi növlərə
bölünür.
3 – Təbii məhəbbət. Hökmü icazəlidir.
تبصرے
ابھی کوئی تبصرہ نہیں۔ سب سے پہلے کوئی مفید بات شیئر کریں۔
متعلقہ
Bütün ümmət üçün vacib dərslər
islamicmedia.tv
1 view · 5 months ago
عظماء في التاريخ
islamicmedia.tv
1 view · 9 hours ago
من أحكام صلاة المرأة في الحرمين
islamicmedia.tv
1 view · 9 hours ago
البرنامج اليومي للمسلمة في شهر رمضان
islamicmedia.tv
1 view · 9 hours ago
أحكام المرأة في الصلاة دراسة فقهية مقارنة
islamicmedia.tv
1 view · 9 hours ago
توحيد الألوهية أساس الإسلام
islamicmedia.tv
1 view · 9 hours ago
شرح رسالة القواعد الأربع
islamicmedia.tv
1 view · 9 hours ago
توحيد الرب
islamicmedia.tv
1 view · 9 hours ago
شرح خطبة الحاجة
islamicmedia.tv
1 view · 9 hours ago
إِلاَّ لِيَعْبُدُونِ - كيف يوحد القرآن وجهة الإنسان؟
islamicmedia.tv
1 view · 9 hours ago