Libraryدستاویزات
Hikmətli dəvət
Bu kitab "Rəbbinin yoluna hikmətlə, ggözəl moizə ilə dəvət et və gözəl tərzdə mübahisə et" qaydası üzərində tərtib edilib Source: IslamHouse.com
کتاب سے
متن کے ابتدائی صفحات۔ مکمل پڑھنے کے لیے اوپر کتاب کھولیں۔
1
Mərhəmətli, Rəhmli Allahın adı ilə!
Həqiqətən şükür və tərif yalnız Allaha məxsus-
dur! Biz Ona həmd edir, Onu köməyə çağırır, On-
dan bağışlanma və bizi doğru yola yönəltməyi di-
ləyirik, nəfslərimizin şərindən və pis əməllərimiz-
dən qorunmaq üçün yalnız Ona pənah aparırıq.
Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi
azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən
şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı
olan məbud yoxdur, Onun şəriki yoxdur və şahid-
lik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan Ona layiq olan
tərzdə qorxun və ancaq müsəlman olduğunuz hal-
da ölün!»1
«Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun
özündən zövcəsini yaradan və onlardan da bir çox
kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən
qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədi-
yiniz Allahdan və qohumluq əlaqələrini kəsmək-
dən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.»2
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru
söz danışın ki,O, sizin əməllərinizi islah etsin və
günahlarınızı bağışlasın. Kim Allaha və Onun El-
çisinə itaət etsə, böyük bir uğur qazanar.»3
1 Ali İmran, 102.
2 ən-Nisa, 1.
3 əl-Əhzab, 70-71.
2
Ön söz
Allaha şükürlər olsun ki, hal hazırda yaşadığı-
mız dövrdə insanların pak dinimiz İslama, onun ər-
kanlarına və başda Peyğəmbərimiz r olmaqla gör-
kəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənmə-
yə meyli artır. Bu da təbii ki, müsəlmanların tərəq-
qisi üçün çox faydalıdır. Dinimizə dönüş meylləri
gücləndikcə insan təbiətinə xas olan xətaların da
təbii olaraq ortaya çıxması müşahidə olunur. Bu xə-
talardan biri də hikmətsizlikdir. Hikmətsizlik bə-
zən gizli, bəzən də açıq şəkildə İslam dininə xələl
gətirir ki, bundan da yad inanc sahibləri məharət-
lə faydalanaraq müsəlmanları öz dinindən dön-
dərməkdə istifadə edirlər. Elə bu səbəbdən də bu
kiçik risaləmdə adı çəkilən «xəstəliyə» toxunacaq,
onun xüsusiyyətlərini izah edəcək, Allah və Onun
rəsulunun r bu məsələyə dair mövqeyi ilə tanış
olacaq və bu bəladan çəkinməyin yollarını izah
edəcəyəm. Sözlərin ən doğrusu Allahın, yolların
ən xeyirlisi isə Peyğəmbərimiz Məhəmmədin r
yoludur. Allahdan bizi bu yoldan döndərməmək
arzusu ilə...
$ $ $ $ $
3
İnsan sonsuz elm sahibi olan Uca Allahın ya-
ratdığı məxluqlar arasında xüsusi yeri olan bir var-
lıqdır. Bu varlıq Rəbbi tərəfindən çox gözəl biçim-
də yaradılmaqla bərabər, həm də bir çox keyfiy-
yətləri ilə digər məxluqlardan fərqləndirilib. Bu
yaradılış, yəni insan müəyyən məqsəd üçün yara-
dıldığından qarşısında qoyulan tələbləri həyata
keçirmək üçün bir çox nemətlərlə də mükafatlan-
dırılıb. Bu nemətlərin sayı həddindən artıq çox ol-
sa da onları iki qrupa bölmək olar:
Birinci qrupa insanların hamısına verilən ne-
mətləri, yəni göz, qəlb, əl, ayaq, nitq, ağız və s. aid
etmək olar ki, bunlardan düzgün istifadə etməyi
bacaran insan aqil, bacarmayan isə cahil olur. Uca
Allah bu nemətlər haqqında belə buyurur:
«Allah sizi analarınızın bətnindən heç nə an-
lamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və
ürək verdi ki, bəlkə şükür edəsiniz.»1
İkinci qrupa daxil olanlar isə Allahın yalnız is-
tədiyi, Öz hikməti ilə rəva bildiyi şəxsə bəxş etdiyi
nemətlərdir ki, bunlara da Allahın hökmlərini düz-
gün anlamaq qabiliyyətini, hidayət, elm, hikməti
və s. göstərmək olar.
1 «ən-Nəhl» surəsi, 78.
تبصرے
ابھی کوئی تبصرہ نہیں۔ سب سے پہلے کوئی مفید بات شیئر کریں۔
متعلقہ
عظماء في التاريخ
islamicmedia.tv
1 view · 9 hours ago
من أحكام صلاة المرأة في الحرمين
islamicmedia.tv
1 view · 9 hours ago
البرنامج اليومي للمسلمة في شهر رمضان
islamicmedia.tv
1 view · 9 hours ago
أحكام المرأة في الصلاة دراسة فقهية مقارنة
islamicmedia.tv
1 view · 9 hours ago
توحيد الألوهية أساس الإسلام
islamicmedia.tv
1 view · 9 hours ago
شرح رسالة القواعد الأربع
islamicmedia.tv
1 view · 9 hours ago
توحيد الرب
islamicmedia.tv
1 view · 9 hours ago
شرح خطبة الحاجة
islamicmedia.tv
1 view · 9 hours ago
إِلاَّ لِيَعْبُدُونِ - كيف يوحد القرآن وجهة الإنسان؟
islamicmedia.tv
1 view · 9 hours ago
Resumo do livro Seleção de Hadiths Proféticos
islamicmedia.tv
1 view · 1 day ago