LibraryDocuments
İslama Dəvətdə Mühüm Qaydalar
Hörmətli oxucu! Müəllif bu kitabdakı qaydaları İslama Dəvət ixtisası üzrə olan mötəbər mənbə və qaynaqlardan toplamış, öz üslubunda ifadə etmişdir. O, bu Dəvət qaydalarının bəyanını Azərbaycan əhli üçün öz xalqının dilində müxtəsər şəkildə vermişdir. Habelə, o bu qaydalardan ixtisas əhli arasında məşhur olanları və tez-tez xatırlananlarından iyirmisini qeyd etməklə kifayətlənmişdir. Bu qaydalar Quran, Sünnədən olan dəlillər və saleh sələflərin sözləri ilə bəyan edilmişdir. Source: IslamHouse.com
Extrait du livre
Les premières pages du texte. Ouvrez le livre ci-dessus pour le lire en entier.
2
İSLAMA DƏVƏTDƏ
MÜHÜM QAYDALAR
Müəllif:
Sahib Əsədov
Mədinə - 2026
3
Müqəddimə
:بعد أما ،والاه ومن وأصحابه آله وعلى الله رسول على والسلام والصلاة ،ƅ بسم الله، الحمد
Möhtərəm müsəlmanlar! Bu kitabçadakı qaydalar İslam
dəvətinə aid mühüm qaydaları ehtiva edir. Bu qaydalar dinimizin
mübarək mənbələrində əsrlərdir ki, mövcuddur və din
xadimlərinin tətbiqatından keçmişdir.
Bu qaydaları toplayarkən İslama dəvət elmi üzrə müxtəlif
mənbələrə müraciət edilmişdir. Bəzi qaydaların dəlilləri və izahı
sıfırdan toplanılmış və ya mənim tərəfimdən yazılmış, qaydanın
izahı sadələşdirilmiş, oxucuların anlayacağı tərzdə onlara təqdim
edilmişdir. Bəzi qaydalar isə müxtəlif mənbələrdən nəql edilsə də,
çatışmayan
tərəfləri
kitabçanın
üslubuna
uyğun
olaraq
verilmişdir.
Oxuculara təqdim edilən bu risalədəki qaydaları daha müxtəsər
bir şəkildə təqdim etməyə səy göstərilmişdir. Mövzular arasındakı
ahəngi qorumağa və ixtisas kitablarında olan uzunçuluq və
şiddətli ixtisarlara diqqət yetirilərək oxucuya əsas fikrin aydın bir
şəkildə çatdırılmasına cəhd edilmişdir.
Qaydaların seçilməsi və kitabçada toplanması zamanı əsli
Quran və peyğəmbərin صلى الله عليه وسلم sünnəsinə zidd olan qaydaları, İslamın
ümumi ali məqsədlərinə deyil, camaat, təriqət və qruplaşmaların
şəxsi mənafeyinə xidmət edən batil qaydaları tərk etməyə xüsusi
diqqət göstərilmişdir!
Ümid edirəm ki, bu qaydalarla tanışlıq İslam dəvətinə yeni
başlamış bir çoxları üçün də həvəsləndirici amil, yol göstərən
qaynaq və bir bələdçi olacaqdır. Uca Allahdan istəyirəm ki, bu
risaləni faydalı və bərəkətli etsin!
Yazdı: Beynəlxalq Mədinə İslam universitetinin doktorantura tələbəsi
Sahib Əsədov. Tarix: 2026.02.02
4
BİRİNCİ QAYDA: İXLAS
İslama dəvət, yalnız dəvətçi ixlaslı olduğu zaman səmərəli
olur, ixlasın tərk olunduğu dəvətin isə zərərləri qaçılmazdır.
Gəlin, ixlaslı dəvətin əhəmiyyətinə toxunaq:
1 - Niyyət əməlin qəbul edilməsinin qaynağıdır .
2 - Əməlin mükafatı niyyətin dərəcəsinə görədir!
3 - Saleh (sağlam) niyyət adəti ibadətə, mübahı itaətə çevirə
bilir. (yemək və evlilik misalındakı kimi).
4
-
Niyyətdə sadiqlik əməlin tamamlanmasa belə uğurlu
olmasına (bəzən xətaya düşsə belə) vəsilə olur .
5 - Niyyətdə sadiqlik Allahın quluna kifayət etməsi və yardım
etməsi ilə nəticələnir(1) .
Uca Allah Qurani-Kərimdə buyurmuşdur: "Halbuki onlara,
dini yalnız Allaha məxsus edərək, həniflər kimi ibadət etmək,
namaz qılmaq və zəkat vermək əmr olunmuşdu". (Beyyinə. 5) .
Bir hədisdə Allahın elçisi صلى الله عليه وسلمbuyurmuşdur: "Həqiqətən də
Allah əməllərdən yalnız ixlaslı olanı və Allahın razılığı
istənilərək ediləni qəbul edər"(2).
Uca Allahın dini İslama dəvətdə niyyət çox mühümdür. Niyyət
yalnız uca Allahın razılığı olmalı və insanların razılığı tərk
edilməlidir. Peyğəmbərimiz صلى الله عليه وسلم buyurmuşdur: "Əməllər yalnız
niyyətlərə görədir"(3).
Abdullah ibn Məsud ()رضي الله عنه demişdir: "Söz yalnız əməl
etdikdə fayda verər, söz və əməl isə yalnız doğru niyyətlə fayda
verər. Söz, əməl və niyyət isə sünnəyə müvafiq olduqda fayda
verər"(4).
Əməlin qəbul olunmasının iki şərti var. İxlas və Sünnəyə
uyğunluq. Qəlbdə olan doğru niyyət, səmimiyyət, Allahın
Commentaires
Aucun commentaire pour l'instant. Soyez le premier à partager une réflexion utile.
À voir aussi
عظماء في التاريخ
islamicmedia.tv
1 view · 9 hours ago
من أحكام صلاة المرأة في الحرمين
islamicmedia.tv
1 view · 9 hours ago
البرنامج اليومي للمسلمة في شهر رمضان
islamicmedia.tv
1 view · 9 hours ago
أحكام المرأة في الصلاة دراسة فقهية مقارنة
islamicmedia.tv
1 view · 9 hours ago
توحيد الألوهية أساس الإسلام
islamicmedia.tv
1 view · 9 hours ago
شرح رسالة القواعد الأربع
islamicmedia.tv
1 view · 9 hours ago
توحيد الرب
islamicmedia.tv
1 view · 9 hours ago
شرح خطبة الحاجة
islamicmedia.tv
1 view · 9 hours ago
إِلاَّ لِيَعْبُدُونِ - كيف يوحد القرآن وجهة الإنسان؟
islamicmedia.tv
1 view · 9 hours ago
Resumo do livro Seleção de Hadiths Proféticos
islamicmedia.tv
1 view · 1 day ago