LibraryBelgeler
İslam qardaşlığı beynəlxaq əlaqədir
Bu kitab akademik üslub və bölgülərə uyğun, Quran və sünnəyə söykənən elmi dəlilgətirmə metoduna əsaslanan bir kitab olub bu mövzuları ehtiva edir: İslamdan öncəki ictimai durum, İslam kölgəsi altında həqiqi İslam qardaşlığı, İslam qardaşlığının xüsusiyyətləri və s. Bu kitab İslam qardaşlığını qüvvətləndirən, sabitləşdirən və inkişaf etdirən məsələləri cəm etmiş, eyni zamanda da bu qardaşlığı zəiflədən məsələləri də qeyd etmişdir. Source: IslamHouse.com
Kitaptan
Metnin ilk sayfaları. Tamamını okumak için yukarıdaki kitabı açın.
2
İSLAM
QARDAŞLIĞI
BEYNƏLXALQ
ƏLAQƏDİR
Müəllif:
Əbdüləziz ibn Abdullah əl-Humeydi
Tərcüməçi:
Sahib Fərman oğlu Əsədov
Bakı: 2010
3
Mərhəmətli və Rəhimli Allahın adı ilə
Tərcüməçinin ön sözü
Mərhəmətli və Rəhimli Allahın adı ilə. Həmd yalnız
Allaha məxsusdur. Biz Ona həmd edir, Ondan yardım və
bağışlanma
diləyirik!
Nəfslərimizin
və
pis
əməllərimizin
şərindən Allaha sığınırıq! Allahın doğru yola yönəltdiyini
azdıran olmaz, Allahın azdırdığını isə doğru yola yönəldən
olmaz! Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq
məbud yoxdur, Onun heç bir şəriki yoxdur, Məhəmmədصلى الله عليه وسلم
Onun qulu və elçisidir! Sonra isə deyirəm ki:
Dəyərli oxucu! "İslam Qardaşlığı Beynəlxalq Əlaqədir"
adlı kitabı tərcümə etmək fikri 2010-cu ildə bu kitabın Ahmet
Gündüz
tərəfindən
ərəbcədən
türkcəyə
tərcümə
edilmiş
nüsxəsini əldə etdiyim zaman meydana gəldi. Elə həmin ilin
yayında bu kitabın tərcüməsini orijinalından deyil, türkcə
tərcüməsindən
Azərbaycan
dilinə
tərcümə
etməklə
kifayətləndim. Lakin kitabın işıq üzü görməsinə mane olan
səbəb
həmin
vaxtlarda
mənə
Beynəlxalq
Mədinə
İslam
Universitetinə qəbul olunmağım haqda xəbərin gəlməsi, daha
doğrusunu desəm, əsas iki səbəb oldu:
1.Türkcədən Azərbaycan dilinə edilmiş tərcümənin kitabın
ərəbcə orijinalı ilə üst-üstə düşməməsi narahatçılığı.
2.Mədinədə ərəbcə təhsil almaq fürsəti yarandığı üçün
sonradan ərəbcəmi təkmilləşdirdikdən sonra kitabı orijinalı ilə
müqayisə
edib
tərcümə
xətalarının
olub-olmamasını
dəqiqləşdirmək istəyi.
Belə də oldu və kitabın yenidən yoxlanılması məsələsi
gecikdi.
Çünki
həyatımda
yeni
bir
mərhələ
başlamışdı.
4
Ərəbcə yazıları öz dilimizə çevirməyi öyrəndikdən sonra
orijinala
baxmağın
mümkün
olduğu
halda,
ikinci
dildən
üçüncü dilə çevrilmiş bir kitabı oxuculara təqdim etmək mənə
ağır gəlirdi. Nəhayət, ilkin tərcümədən on dörd il keçdikdən
sonra türkcədən edilmiş tərcüməni kitabın ərəbcə orijinalı ilə
tutuşdurub tərcüməni tam şəkildə yenidən nəzərdən keçirdim
və Allahın müvəffəq etməsilə oxuculara təqdim etdim.
Tərcümənin ilkin səviyyəsi: Tərcümənin ilkin
səviyyəsinə gəldikdə, bu haqda üç məsələdən danışmaq olar;
a) Türk
tərcüməçinin
ərəbcədən
türkcəyə
etdiyi
tərcümənin keyfiyyəti.
b) Türkcədən
Azərbaycan
dilinə
edilmiş
tərcümənin
keyfiyyəti.
c) Azərbaycan dilinə edilmiş tərcümənin kitabın ərəbcə
orijinalı ilə tutuşdurulması və ya müqayisəsi.
•
Türk
tərcüməçinin
ərəbcədən
türkcəyə
etdiyi
tərcümənin keyfiyyətinə gəldikdə isə ilk öncə qeyd etmək
olar ki, tərcümə səhvləri həddindən çox nəzərə çarpmasa da,
mövcud idi. Dini terminlərə gəldikdə bəzi terminlər tam fərqli
və ictimai üslubda tərcümə edilmişdi. Tam fərqli mənaya
yozulan azsaylı cümlələrə də rast gəlmək olurdu. Bunlara
misallar çəkərək yazını uzatmaq fikrim yoxdur. Hər bir halda
tərcüməçi bacardığını etmiş və anlaşılan cümlələr qurmağa
çalışmışdı. Türk tərcüməçinin işinin keyfiyyəti ilə bağlı ən
mühüm qeydlərdən biri də onun kitabda nəzərə çarpan
dərəcədə bir ixtisara yol verməsi idi. O ən böyük ixtisarı
kitabın
girişində
etmiş,
növbəti
səhifələrdə
isə
bəsit
ixtisarlara yol vermişdi.
Yorumlar
Henüz yorum yok. Faydalı bir düşünceyi ilk paylaşan siz olun.
İlgili
İslam Qurani Kərimdə və Peyğəmbərin, Allahın salavatı və salamı onların üzərinə olsun, sünnəsində zi
islamicmedia.tv
5 views · 1 month ago
İSLAM PEYĞƏMBƏRİ HZ. MUHƏMMƏD
islamicmedia.tv
8 views · 2 months ago
İslam Peygamberi HZ. MUHAMMED
islamicmedia.tv
8 views · 2 months ago
İslam əqidəsi haqda xülasə
islamicmedia.tv
5 views · 2 months ago
Əqlanilik - İslamı Təhrifə Aparan Yol
islamicmedia.tv
8 views · 5 months ago
İslamın Gözəllikləri
islamicmedia.tv
6 views · 5 months ago
Namazın İslamda yeri
islamicmedia.tv
6 views · 5 months ago
Ey İslam Təbliğatçıları, Tövhid Hər Şeydən Öncədir
islamicmedia.tv
5 views · 5 months ago
İslam dininin əsaslarını və mühüm məsələlərini bəşəriyyətə öyrədən suallar və cavablar Hazırlayan
islamicmedia.tv
7 views · 5 months ago
İslam Qurani Kərimdə və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsində zi
islamicmedia.tv
7 views · 5 months ago