LibraryBelgeler
İSTİXARƏ (Uğurun sirri, xeyir-bərəkət açarı)
Nə qədər ağıllı, elmli və müdrik olur olsun, hər bir insan öz Rəbbinə, onu yaradana istənilən an möhtacdır və əbədi olan bu yeganə varlıq hər bir göz qırpımında belə mütləq ona lazımdır. Source: IslamHouse.com
Kitaptan
Metnin ilk sayfaları. Tamamını okumak için yukarıdaki kitabı açın.
1
MƏHƏMMƏD ĐBN ƏBDÜLƏZĐZ ƏL-MÜSNƏD
(Ərəb dilindən tərcümə edən: Rəsul Ömərov)
ĐSTĐXARƏ
Uğurun sirri, xeyir-bərəkət açarı
2
RƏHMLĐ, MƏRHƏMƏTLĐ ALLAHIN ADI ĐLƏ!
Şükür etdiyimiz, kömək və bağışlanma dilədiyimiz Allaha həmd olsun! Nəfsimizin,
qəlbimizin şərindən və əməllərimizin pisliklərindən Ona sığınır, Ondan yardım diləyirik!
Həqiqətən, Allahın doğru yola yönəltidiyi kəsi heç kim azdıra bilməz və Allahın azdırdığı kəsi
heç kim doğru yola yönəldə bilməz. Şəhadət verirəm ki, O təkdir, şəriki yoxdur, ibadətə layiq
yeganə haqq məbuddur və Məhhəmməd (s) Onun qulu, elçisi və peyğəmbərlərin sonuncusudur.
1
Hind Küveytdə dünyaya göz açan bir ərəb qızıdır. Bu körpə qızcığazın baldırlarının birində
xərçənk xəstəliyinin ən ağır forması aşkar olunmuş, üzərində Hüseyn Məkki Cüma adına Küveyt
Xərçənk Cərrahiyyə Mərkəzində sıx-sıx müayinələr aparılmış və bu diaqnozla da Amerika
Birləşmiş Ştatlarının Corciya ştatının Atlanta şəhərində Xərçənk Xəstəliklərinin Müalicəsi üzrə
Xüsusi Mərkəzdə ciddi müalicə almışdır. Bu müalicələrə təxminən yarım milyon dollara qədər
pul sərf olunmuş, analiz və diaqnoz üçün praktik sorğuların nəticələrindən böyük bir qovluq
yaranmış və baldırda adı çəkilən xəstəliyin mövcud olmasını təsdiq edən rentgen plyonkalarının
sayı iki yüz əllini keçmişdir.
Dəqiq diaqnostik müayinədən sonra müalicənin bir mərhələsi kimyaterapiya (kimyəvi
üsulla müalicə) ilə həyata keçirildi. Lakin bu heç bir müsbət nəticə vermədi. Halbuki, hər iki
mərkəzdəki yüksək ixtisaslı həkimlər kimyəvi üsulla müalicə metodunun maksimum üç həftə
ərzində effektiv nəticəyə gətirib çıxaracağını təkidlə söyləmişdilər. Müalicənin üçüncü
mərhələsində həkimlər Hindin valideynlərinə yaxın gələcəkdə bədənin digər orqanlarında
xərçənk hüceyrələrinin peyda olması ehtimalını aradan qaldırmaq üçün onun xəstə ayağının
amputasiyasını1 tövsiyə etmişdilər. Çünki faciə ünsürlərindən biri də Hindin bir çox
qohumlarının eyni xəstəliyə düçar olması idi.
Bu kiçik qızcığazın üzündəki hüzn, kədər, ağrı atasının Amerika universitetlərinin birində
informatika sahəsində doktorluq dissertasiyasını başa çatdırmaq üçün gündəlik iş planını da
pozmuşdu. Tələbə olan anası isə uzun gecələri qorxu və narahatçılıq içində, kiçicik qızının
gələcək həyatını düşünərək keçirirdi. Lakin onun Allaha olan inamı Onun qəzavü-qədərinə
təslim olmağa vadar edirdi.
Bir gecə yenə ana çarpayısına uzanaraq uzun-uzadı fikrə getdi, xəyallar aləmində uçmağa
başladı. Bu an onun gözlərində körpə balasının əsaya dirsəklənərək bir ayaq üstə gəzməsi
canlandı. Gözləri dolmuş, göz yaşlarından çarpayı tam olaraq islanmışdı. Ana fikirdən ayrılaraq
qovulmuş şeytandan Allaha pənah apardı və Onu bir həyacan və ruh yüksəkliyi ilə durmadan
zikr etməyə başladı. Birdən onun yadına nə vaxtsa eşitmiş olduğu bir şey düşdü. Bu istixarə
namazı idi. Sıçrayaraq yerindən durdu və onu qılmağa tələsdi.
Səhər açılanda ana bütün müalicə növlərindən, qızına hər gün verdiyi dərmanlardan imtina
etdi və onun ayağının amputasiyasına əsla razılıq verməyəcəyini qərara aldı. Çünki artıq Allah-
taala ona bütün müalicə üsullarından və hər növ dava-dərmandan fərqli olan başqa bir müalicə
metodu göstərmişdi. Bu metod Allahın möminlər üçün şəfa və mərhəmət ocağına çevirdiyi
Qurani-Kərim idi.
Nəticə bir nəfərdən başqa hər kəs üçün – yenidən həyata qayıdan, öz uşaqlıq təravətini hiss
etməyə başlayan körpə qızcığaz üçün, həkimlərin amputasiyadan başqa bütün üsulların tükəndiyi
qərarına gəlmələrindən sonra az qala sağalmağa olan bütün ümidlərini itirən qohumlar üçün son
dərəcə gözlənilməz olmuşdu. Lakin şeyx gülümsəyərək nəticənin heç də ondan ötrü gözlənilməz
olmadığını və Allahın Öz ayələrini hər bir dərdə şəfa göndərdiyini söyləyərək aşağıdakı ayəni
oxumuşdu:
1 Bədənin xəstə üzvünün kəsilməsi.
3
«Biz Qur’andan mö’minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O,
zalımların (kafirlərin) ancaq ziyanını artırır».2
Amerikada adı çəkilən mərkəzdəki təcrübəli bir həkim Hindin səhhətindəki müsbətə doğru
qeyri-adi inkişafı – onun təbii halını öz gözü ilə görməyənədək təsdiqləyə bilmədiyini bəyan
etmiş və eşidəndə ki, Hind hətta artıq ayaqları üstündə tam sərbəst qaça bilir və onun başında və
bədəninin tükü tökülmüş başqa yerlərində yenidən tük çıxır, son dərəcə təəccüblənərək çaş-baş
qalmış və balaca Hindi hansı yolla olur olsun, görməyi tələb etmişdir.3
2
Gənc bir oğlan öz həmyaşıdı bir qızla evlənmək istəyir. Đstixarə namazı qılaraq bu işdə
Allahdan xeyirli olan nədirsə, onu istəyir. Qızın “Hə”sini almaq üçün ona elçi göndərmək
istədikdə böyük qardaşı onun bu qızla evlənməsinə qarşı çıxır və ona başqa bir ailədən qız
tapmağı məsləhət görür. Oğlan hey çalışır ki, qardaşını yola gətirsin, onu razı salsın, lakin onun
bu cəhdləri tam uğursuzluqla nəticələnir. Düşdüyü çıxılmaz vəziyyətlə barışaraq təslim olmağa
məcbur olur və başqa bir ailədən gənc bir qızla ailə həyatı qurur. Toyundan bir neçə gün sonra
isə sevib evlənə bilmədiyi qız vəfat edir. Beləliklə, məlum olur ki, qardaşının həmin qızı
almasına etiraz etməsi bir növ onun daha xeyirli olanı seçməsinə səbəb olmuşdur.
3
Haqq yolundan uzaq düşmüş gənc bir oğlan şirkətlərin birində səhər-axşam növbəsində
yaşayışın bir çox tələbatlarını ödəmək iqtidarında olmayan cüzi bir maaş qarşılığnda işləyirmiş.
O vaxtının əksəriyyətini iş yerində keçirirmiş.
Nəhayət bir gün Allah-taala onu hidayət yoluna yönəldir, gənc Tanrısı, yaradıcısı olan
Allah qarşısında ən böyük təqsirini hiss etməyə başlayır. Ürəyindən Quran əzbərləmə
dərnəklərinə qoşulmaq, saf və şirin səlsəbil4 bulaqlarından susuzluğu yatırtmaq üçün
məscidlərdəki dərslərdə və mühazirələrdə iştirak etmək keçir. Lakin onun iş recimi, nəinki bu
arzularını həyata keçirməyə, hətta öz arvadı və uşaqlarına də kifayət qədər vaxt ayırmasına,
ailənin zəruri ehtiaclarını ödəməsinə imkan vermir.
Bir gün onunla qarşılaşdım. Halından şikayətlənərək məndən məsləhət istədi və Allah-taala
onu haqq yoluna yönəltdikdən bəri həmin şirkətdəki işinə nifrət etdiyini, Quran öyrənməsinə,
elmi məclislərdə iştirak etməsinə imkan verəcək yeni iş yeri axtardığını bildirdi. Ondan: “Sən
istixarə namazının nə olduğunu bilirsənmi?” – deyə soruşduqda cavabı mənfi oldu. Ona istixarə
namazını öyrətdim və dərhal gedib onu qılmasını, bu işini buraxıb başqa iş axtarmasında
Allahdan xeyirli olan nədirsə, onu istəməsini söylədim. Bir neçə gündən sonra o sevincək bir
halda yanıma gəlib dedi: “Allah Öz qapılarını mənim üzümə açdı, işimi asanlaşdırdı. Mənə daha
yüngül recimli və daha çox maaşı olan bir iş nəsib elədi. Đndi bu işim mənə dünya işləri ilə
yanaşı elm öyrənməyimə də imkan verir”. Mən ondan bütün bunların belə tez bir müddətdə necə
baş verməsini soruşduqda əhvalatı belə nağıl etdi: “Bir məclisdə əyləşmişdim. Məclisə gələnlər
arasında bir nəfər iş adamı da var idi. Söhbət əsnasında o şirkətdə onunla birgə işləmək üçün
etibarlı, dürüst bir işçiyə ehtiyacı olduğunu söylədi. Mən də onun bu təklifini qəbul etdim. Hər
şey bu qədər asan oldu”.
4
Bir yoldaş söyləyir:
2 əl-Đsra, 82.
3 Balaca Hindin bu hekayəsi Küveyt mətbuatında, qəzetlərində dəfələrlə geniş şəkildə işıqlandırılmışdır.
4 Səlsəbil – Cənnət bulağı.
Yorumlar
Henüz yorum yok. Faydalı bir düşünceyi ilk paylaşan siz olun.
İlgili
عظماء في التاريخ
islamicmedia.tv
1 view · 9 hours ago
من أحكام صلاة المرأة في الحرمين
islamicmedia.tv
1 view · 9 hours ago
البرنامج اليومي للمسلمة في شهر رمضان
islamicmedia.tv
1 view · 9 hours ago
أحكام المرأة في الصلاة دراسة فقهية مقارنة
islamicmedia.tv
1 view · 9 hours ago
توحيد الألوهية أساس الإسلام
islamicmedia.tv
1 view · 9 hours ago
شرح رسالة القواعد الأربع
islamicmedia.tv
1 view · 9 hours ago
توحيد الرب
islamicmedia.tv
1 view · 9 hours ago
شرح خطبة الحاجة
islamicmedia.tv
1 view · 9 hours ago
إِلاَّ لِيَعْبُدُونِ - كيف يوحد القرآن وجهة الإنسان؟
islamicmedia.tv
1 view · 9 hours ago
Resumo do livro Seleção de Hadiths Proféticos
islamicmedia.tv
1 view · 1 day ago