LibraryDokumen
Enerji Fəlsəfəsi - Həqiqət, Yoxsa Xəyal?
Enerji Fəlsəfəsi - Həqiqət, Yoxsa Xəyal? Source: IslamHouse.com
Dari buku
Halaman-halaman awal teks. Buka buku di atas untuk membacanya secara lengkap.
ENERJİ FƏLSƏFƏSİ, HƏQİQƏT, YOXSA XƏYAL?
2
ENERJİ FƏLSƏFƏSİ
HƏQİQƏT, YOXSA XƏYAL?
PROF. SALEH İBN ƏBDÜLƏZİZ SİNDİ
TƏRCÜMƏ: SAHİB ƏSƏDOV
ENERJİ FƏLSƏFƏSİ, HƏQİQƏT, YOXSA XƏYAL?
3
TƏRCÜMƏÇİNİN ÖN SÖZÜ
Mərhəmətli və Rəhimli Allahın adı ilə.
Allahın elçisi Muhəmmədə, onun ailəsinə və səhabələrinə
Allahın salavatı və salamı olsun.
Hörmətli oxucu! Tərcümə etdiyimiz, haqqında danışılan
"Enerji fəlsəfəsi"nin təbliğinin ölkəmizdə də sürətlə yayılmağa
başlaması, bu mövzuya İslami mövqeyin ortaya qoyulmasını
qaçılmaz etmişdir. Kitabçada bu fəlsəfi cərəyanda olan
İslama
zidd
inanclara,
fikirlərə
və
feillərə
ayrı-ayrı
toxunulmuşdur. Müəllif kitabçada bu təlimlərdən bəzilərini
sadalayır, bu təlimlərdən yoqa, fenşuy, riki, tsi konq
(qigong), "tay şi" (tai chi), prana helinq və s. növləri(1)
qeyd edir.
Enerji fəlsəfəsinin insanı İslamdakı kimi deyil, guya başqa
bir formada təmizləməsini iddia etməsilə yanaşı, diqqət
çəkən məsələlərdən biri də yoqa ilə məşğul olanların məhz
hindusların ibadət formalarını yerinə yetirmələridir. Çox
qəribədir! Nə üçün məhz hinduizm dininə aid hərəkətlər
edilir?!
Bu fəlsəfənin ölkəmizdə yayılmasının səbəblərindən biri
də bu sahəni öyrənənlərin maddi gəlir əldə etmək üçün olan
maraqlarıdır. Birmənalı şəkildə demək olar ki, bu təlimlərdən
ölkəmizdə ən çox yayılmış olanı yoqa təlimidir. Birbaşa
Azərbaycanda fəaliyyət göstərən bəzi enerji təlimçilərinin
dilindən eşitdiyim bir neçə fikri təqdim etmək istəyirəm ki,
oxucuda mövzu haqqında ilkin təsəvvür formalaşsın:
1 – "Ruhun Allahla birləşməsi", İslam terminologiyasında
buna "əl-ittihad" deyilir ki, bu ifrat sufizm etiqadı bütpərəst
1 Bu enerji təlim növlərinin mənaları haqqında təxminən kitabın
ortalarında haşiyədə, qeydlər bölümündə bilgi verilmişdir.
ENERJİ FƏLSƏFƏSİ, HƏQİQƏT, YOXSA XƏYAL?
4
inanclardan azmış təriqətlərə daxil olan inanc hesab edilir ki,
İslamla bir əlaqəsi yoxdur.
2 – Allah qorxusunu inkar edib, Allahı yalnız "sevməyə"
dəvət etmək. Qorxu ayələrinin mənasını qorxu olaraq yox,
"utanmaq" kimi təqdim edirlər. Halbuki Allahdan qorxmayan
insan ən təhlükəli insandır.
3 – Yoqa təlimləri bitdikdən sonra da onu həyat tərzinə
çevirməyə dəvət. Halbuki, bir müsəlmanın həyat tərzi İslama
uyğun olmalıdır, bütpərəst fəlsəfələrindən gələn həyat tərzi
olmalı deyil.
4 – "Fenşuy"(2) fəlsəfəsinə dəvət edənlərin bahalı daş-
qaşların xüsusi təsirinə inanmaları və bunu təbliğ etmələri ki,
bu da İslam inancına ziddir.
Bu kiçik müqəddimədə "yoqa", "fenşuy" və digər enerji
fəlsəfəçilərinin etiqadi cəhətdən batil fikirlərini sadalayaraq
mövzunu uzatmaq niyyətim yoxdur.
Araşdırma zamanı Azərbaycan cəmiyyətində yoqanı
ictimaiyyətə üç cür təqdim edilmə formasını müşahidə etdim:
• Birinci qism daha çox onu "idman" kimi təqdim edir.
• İkinci qism onun "inanc, din" tərəfinə üstünlük verir.
• Üçüncü qism isə onu "nə din, nə də idman" saymır.
Hər bir halda yoqa təlimçilərinin onu nə kimi təbliğ
etmələrindən aslı olmayaraq, bir çox hallarda onun inanc
tərəfinin gizlədilməsini müşahidə edə bilirik.
2 Fenşuy: (Fenq Şui: hava və külək) bu fəlsəfə təbiətdə olan
enerjini,
yaşadığımız
ətrafda
hərəkətə
çevirmə
texnologiyasının olduğunu iddia edən köhnə bir çin təlimidir.
Bu təlim evdəki əşyaların düzülüşü, şəhər binalarının tikilişi,
bahalı daş-qaşlardakı enerji ilə bağlı uğur və uğursuzluq
inanclarını da təlqin edir. Daşların müxtəlif növləri də müxtəlif
enerji növlərini təmsil edir.
Komentar
Belum ada komentar. Jadilah yang pertama berbagi renungan yang bermanfaat.
Terkait
عظماء في التاريخ
islamicmedia.tv
1 view · 9 hours ago
من أحكام صلاة المرأة في الحرمين
islamicmedia.tv
1 view · 9 hours ago
البرنامج اليومي للمسلمة في شهر رمضان
islamicmedia.tv
1 view · 9 hours ago
أحكام المرأة في الصلاة دراسة فقهية مقارنة
islamicmedia.tv
1 view · 9 hours ago
توحيد الألوهية أساس الإسلام
islamicmedia.tv
1 view · 9 hours ago
شرح رسالة القواعد الأربع
islamicmedia.tv
1 view · 9 hours ago
توحيد الرب
islamicmedia.tv
1 view · 9 hours ago
شرح خطبة الحاجة
islamicmedia.tv
1 view · 9 hours ago
إِلاَّ لِيَعْبُدُونِ - كيف يوحد القرآن وجهة الإنسان؟
islamicmedia.tv
1 view · 9 hours ago
Resumo do livro Seleção de Hadiths Proféticos
islamicmedia.tv
1 view · 1 day ago