Dari buku
Halaman-halaman awal teks. Buka buku di atas untuk membacanya secara lengkap.
24
fəziləti ilə bizlərə axirətdə sevinənlərdən olmağı-
mıza bir vasitə olsun.
٭٭٭٭٭
Sonda Uca Allahdan istəyimiz budur ki, bizi Öz
sevdiyi və razı qaldığı əməlləri yerinə yetirməyə
müvəffəq etsin! Amin!!!
QEYD:
Əlinizdəki
kitab
insan
əməyinin
bəhrəsidir və ona görə də orada xətaların olması
labüddür. Hər hansı bir xəta ilə üzləşdikdə və ya
mövzu ilə bağlı daha maraqlı təklifiniz olarsa,
ramil.soltanov@gmail.com
elektron
ünvanına
yazmanızı xahiş edirik.
1
Mərhəmətli, Rəhmli Allahın adı ilə!
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur!
Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan ba-
ğışlanma və bizi doğru yola yönəltməyi diləyirik,
nəfslərimizin şərindən və pis əməllərimizdən qorun-
maq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hi-
dayət verərsə o, doğru yolda olar, kimi azdırarsa
onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik
edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud
yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki,
Muhəmməd Onun qulu və elçisidir.
“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və
ancaq müsəlman olduğunuz halda ölün!” 1
“Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan
da zövcəsini yaradan və onlardan da bir çox kişi və
qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun!
Adı ilə biri-birimizdən cürbəcür şeylər istədiyiniz
Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən
çəkinin! Həqiqətən, Allah sizə nəzarət edəndir! ” 2
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz
söyləyin! Əgər belə etsəniz Allah əməllərinizi islah edər
1 Ali İmran surəsi, 102.
2 ən-Nisə surəsi, 1.
2
və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun
elçisinə itaət etsə, böyük bir səadətə nail olar ” 1
Namazın mənası
Əziz qardaş və bacılarım! Allahın biz insanlara
vacib buyurduğu ibadətlərin arasında namaz, ən
önəmli yerlərdən birini tutur. Əbəs yerə el ara-
sında “Namaz ibadətin qəlbidir!” deməyiblər.
Namazın hər rüknunun bir qiyməti vardır. Məhz
namaz vasitəsilə qul, onu yaradanın qarşısında
səcdə etmək kimi ən gözəl rükunu yerinə yetirir.
Namaz qılaraq bəndə öz Rəbbinə yaxınlaşmaq
şansı qazanır. Sanki hər gün müəyyən edilmiş
vaxtlarda Allahı ilə ünsiyyətdə olur. Elə bu ün-
siyyətin sevinci, mənəvi təmizliyi, rahatlığı o in-
sanın bütün gününə sirayət edir. Namaz qıldıqca
insan ruhən bir sakitliyə, günahlardan təmizlən-
məyə nail olur. Bu ibadətin mənəviyyatımıza tə-
sirini heç nə ilə müqayisə etmək mümkün deyil.
Namaz sözü ərəb dilində dua deməkdir. Uca
Allah buyurur: “Onların mallarından sədəqə götür ki,
bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün
1 əl-Əhzab surəsi, 70-71.
23
dünyanı, həm də axirəti qazana bilərlər. Uca Allah
buyurur: “Onların arxasınca namazı buraxıb şəhvətə
uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar”1
Namaz qılmayan insanların Quran ayələrində
təsvir edilən aqibətlərini heç kim arzulamaz. Ona
görə də nə qədər ibadət etməyə fürsətimiz var,
ondan istifadə etməliyik. Bir günü belə boş-
boşuna keçirmək olmaz. Əli ibn Əbu Talib (r.a) öz
tələbələrinə həmişə nəsihət edib deyərdi: "Hə-
qiqətən, dünya gəldi-gedərdi və o, artıq geridə
qalmışdır. Axirət isə qarşıda hər kəsi gözləmək-
dədir. İkisinin də öz oğulları (qəlbən ona bağlı
olan adamlar) vardır. Siz dünya oğullarından de-
yil, axirət oğullarından olun! Bu gün bir iş görür-
sünüz, amma sorğu-sual olunmursunuz. Sabah isə
sorğu-sual olunacaq və heç bir iş görə bilmə-
yəcəksiniz."2
Ölümün nə zaman gələcəyi bəlli deyil. Dünya
həyatının aldadıcı gözəlliyinə əbədi həyatımızı
qurban verməyə dəyməz. İbadətlərin ən önəmlisi
olan namazı sevək və yerinə yetirək ki, o da öz
1 Məryəm surəsi, 59
2 Camiul-Ulum vəl Hikəm, ibn Rəcəb.
22
onlar səcdəyə dəvət olunacaqları, lakin buna qadir ol-
mayacaqları gün – onların gözləri zəlil görkəm alacaq,
özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dün-
yada sağ-salamat ikən səcdəyə dəvət olunurdular.”1
Həmçinin yalnız namaz qılmaqla kifayətlənməli
deyil, Allahın razı qalacağı yaxşı əməlləri ço-
xaltmalıyıq. Haqq-hesab gününü bir an olsun
unutmamalı, ona səmimi qəlbdən iman gətirməli-
yik. Qurani-Kərimdə belə buyurulur: “Hər bir kəs
qazandığının girovuna çevrilir, sağ tərəf sahiblərindən
başqa.
Onlar
Cənnət
bağlarında
bir-birlərindən
soruşacaqlar – günahkarlar barəsində. Sizi Səqərə salan
nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan
deyildik. Kasıbı da yedizdirməzdik. Batil sözlər
danışanlarla birlikdə biz də danışardıq, və Haqq-hesab
gününü yalan sayardıq.”2
Çox acınacaqlı bir haldır ki, bəzən cəmiyyəti-
mizdə namaz qılmağa başlayıb sonra onu müxtəlif
bəhanələri səbəb gətirərək tərk edənlərə də rast
gəlirik. Nə qədər ki, Allahın tövbə qapıları onlara
açıqdır, deməli gec deyil. Tərk etdikləri bu gözəl
ibadətə tövbə edib yenidən qovuşmaqla həm
1 əl-Qələm surəsi, 42, 43
2 əl-Muddəssir surəsi, 38-46
3
dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir.
Allah Eşidəndir, Biləndir”.1
Namaz sözü Allaha şamil edildikdə gözəl tərif,
məxluqata şamil edildikdə isə dua və ibadət
mənasını verir. Uca Allah buyurur: “Doğrudan da,
Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verir-
lər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib
kamil ədəb-ərkanla salamlayın”.2
Uca Allah bu ayədə “xeyir dua” dedikdə ərəb
dilindəki namaz sözünü istifadə etmişdir.
Namazın dində (şərii) mənasına gəldikdə isə;
məlum olan xüsusi kəlmələri ifadə etmək və hə-
rəkətləri yerinə yetirməklə, təkbirlə başlayıb, təs-
limlə qurtaran, niyyət ilə olunan ibadətə deyilir.
Namaz kəlməsi bu ibadətin Allah tərəfindən
vacib buyurulduğu vaxta qədər hər bir duaya,
sonra isə yalnız namaza deyilməyə başlandı.
Namazın hökmü
Namaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı
başında olan adama vacibdir. Təəssüf ki, cə-
miyyətimizdə “hələ tezdir, cavanam”, “qocalanda
1 ət-Tövbə surəsi, 103
2 əl-Əhzab surəsi, 56
Komentar
Belum ada komentar. Jadilah yang pertama berbagi renungan yang bermanfaat.
Terkait
Yaşlı Kimsələrin İslamdakı haqları
islamicmedia.tv
4 views · 5 months ago
Peygamber -sallallahu aleyhi ve sellem-’in Sünnetine Göre Namazın Kılınışı
islamicmedia.tv
6 views · 5 months ago
Kabirde Sorulacak Sorular, Dört Temel Esas ve Kişiyi İslamdan Çıkaran Hususlar
islamicmedia.tv
8 views · 5 months ago
Camaat namazı
islamicmedia.tv
7 views · 5 months ago
عظماء في التاريخ
islamicmedia.tv
1 view · 9 hours ago
من أحكام صلاة المرأة في الحرمين
islamicmedia.tv
1 view · 9 hours ago
البرنامج اليومي للمسلمة في شهر رمضان
islamicmedia.tv
1 view · 9 hours ago
أحكام المرأة في الصلاة دراسة فقهية مقارنة
islamicmedia.tv
1 view · 9 hours ago
توحيد الألوهية أساس الإسلام
islamicmedia.tv
1 view · 9 hours ago
شرح رسالة القواعد الأربع
islamicmedia.tv
1 view · 9 hours ago