LibraryDokumen
Azərbaycan yaslarında yol verilən yüz bidət və xurafat
Müəllif bu kitabda Azərbaycan yaslarında baş verən bir çox dinə sonradan artırılmış, xurafat, mövhumat və dində əsli-kökü olmayıb pak İslam şəriətinə zidd əməlləri bəyan edir. Araşdırma metodu tamamilə şifahi yolla edilmiş, azərbaycanlı elm tələbələri ilə müzakirələr əsasında toplanmışdır. Kitabçanın maraqlı cəhətləri arasında Azərbaycanın bəzi bölgələrinə xas olan yaslarla bağlı xurafat və bidətlərlə bağlı bilgilərin verilməsi də vardır. Source: IslamHouse.com
Dari buku
Halaman-halaman awal teks. Buka buku di atas untuk membacanya secara lengkap.
Mərhəmətli və Rəhimli Allahın adı ilə
Azərbaycan yaslarında yol verilən yüz
bidət və xurafat
Möhtərəm oxucu! Bu məqalədə Azərbaycan yaslarında
baş verən bir çox dinə sonradan artırılmış, xurafat,
mövhumat,
dində
əsli-kökü
olmayan
əməllə
tanış
olacaqsınız. Məqalədə say hesabı ilə verilən xurafatların
sayı
şərti
saydır,
sıralama
məqsədi
ilə
verilmişdir.
Burada yazılan bidət və xurafatlar heç də Azərbaycanda
baş verən bütün yas bidət və xurafatları demək deyil.
Buradakı
qeydlər
sadəcə
araşdırmaçının
topladığı
miqdardır. Əslində isə Azərbaycan yaslarında yol verilən
bidət və xurafatlar bu məqalədəki qeyd olunanlardan
daha çoxdur. Qeyd edək ki, məqalədə qeyd olunan bidət
və xurafatlar sorğu əsasında bir çox müsəlmanların
dilindən toplanmışdır. Odur ki, bu məqaləni praktiki
araşdırma da hesab etmək olar və mümkündür ki, bu
yazıdakı bir çox bidət və xurafatlar sizlərə tanış gəlsin.
Çünki tamamilə Azərbaycan cəmiyyətində baş verən
söz və hərəkətlərdən ibarət bidət və xurafatları ehtiva
edir. İndi isə gəlin həmin məsələləri qeyd edək:
Birinci: Evdə baş verən bidət və xurafatlar:
1 - Evdə güzgünün1, televizorun üstünü bağlamaq.
1 Güzgünün üstünü bağlamaq insanların din adına icad etdiyi
batil adətlərdəndir. Başqa dinlərdən, xüsusən də xristianlıqdan
gəlmə adət olması ehtimal edilir.
1
2 - Ölünün şəklini çərçivəyə salıb evə qoymaq.
3 - Meyiti evdən çıxarandan sonra otaqda meyit
qoyulan yerə xırda daş qoymaq, özü də gərək bunu ölən
adamla qan bağlılığı olmayan adam qoysun, dəfndən
sonra həmin adam daşı götürüb bayıra atır. Bunun
mənası odur ki, daha bu ailədə belə ölüm halları tez-tez
olmasın. Bəziləri isə evdən meyit götürüləndən sonra
döşəməyə (yerə) mismar vururlar. Bu cür edənlər də
olur.
4 - Ölünün qırxına kimi üçündən, yeddisindən əlavə
cümə axşamlarına yas olan evə toplaşmaq. Xurafata
görə hər adna (cümə axşamı) ölülərin ruhları ocaqlarına
(evlərinə) baş çəkməyə gəlirlər. Ona görə həmin gündə
ət yeməyi bişirmək və ocaqdan köçənlərin adlarını
çəkərək, dua oxuya-oxuya yeməyə duz tökmək ənənəsi
var. Bu xurafat təkcə adnalarda deyil, eləcə də il
dönümlərində edilir2.
5 - Şamaxıda meyitin dəfnindən evə qayıdanda ilk
olaraq evə girməmək, birinci ayaqyoluna getmək, sonra
evə girmək kimi bir adət var. Bəzi bölgələrdə də belə bir
adət ola bilər.
2 Ümumiyyətlə ölmüş insanların ruhlarının evlərə qayıtması,
evlərdə dolaşması əqidəsinin İslami bir əsası yoxdur. Bu inanc
xristianlıqdan gəlmə bir inancdır.
2
İkinci: Cənazə namazında baş verənlər:
6 - Cənazə namazı qılındıqdan sonra birlikdə (xorla)
dua edilməsi; Peyğəmbərin (صلى
هللا
عليه
وسلم) sünnəsində
belə bir əməl yoxdur. Bu məqamda dua yoxdur. Zatən
cənazə namazının içində ölü üçün edilən xüsusi dua
vardır.
Üçüncü: Cənazənin yuyulması zamanı edilənlər:
7 - Meyiti məscidə aparıb yuduzdurub kəfənləyəndən
sonra (cənazə namazı qılındıqdan sonra) vidalaşmaq
məqsədilə onu mütləq yenidən evə gətirməyi vacib
hesab etmək; Bunu edənlər əsasən iki bəhanə gətirirlər:
ölünü görməyənlərin onu görməsinə fürsət vermək və
qadınların ağlayıb şivən salmasına şərait yaratmaq.
Həqiqətdə isə ölü kəfənləndikdən sonra onun üzünü
görmək mümkün deyil, qadınların ağlayıb şivən salması
isə
bir
növ
Allahın
qəzavü-qədərinə
etirazdır
və
dinimizdə qadağan edilmişdir. Üstəlik ölünün dəfnini
səbəbsiz yerə gecikdirmək ölüyə əziyyətdir. Bu əməl
nəticə etibarı ilə İslama ziddir və tərk olunmalıdır.
8 - Ölən şəxsi yumamışdan qabaq üzərinə qayçı və
ya güzgü qoymaq da bu məqamda edilən bidət və
xurafatlardandır.
9 - Meyiti yumağa aparanda meyitin yerinə daş
qoymaq.
3
Komentar
Belum ada komentar. Jadilah yang pertama berbagi renungan yang bermanfaat.
Terkait
əl-Fatihə surəsi və cüz Əmmənin Azərbaycan dilinə tərcüməsi
islamicmedia.tv
5 views · 5 months ago
Qurani Kərim və Azərbaycan dilinə mənaca tərcüməsi
islamicmedia.tv
5 views · 5 months ago
Sovet Azərbaycanında ateizm təbliğatı
islamicmedia.tv
5 views · 5 months ago
Qurani Kərimin Azərbaycan dilinə mənalarının bəyanı
islamicmedia.tv
5 views · 5 months ago
عظماء في التاريخ
islamicmedia.tv
1 view · 8 hours ago
من أحكام صلاة المرأة في الحرمين
islamicmedia.tv
1 view · 8 hours ago
البرنامج اليومي للمسلمة في شهر رمضان
islamicmedia.tv
1 view · 8 hours ago
أحكام المرأة في الصلاة دراسة فقهية مقارنة
islamicmedia.tv
1 view · 8 hours ago
توحيد الألوهية أساس الإسلام
islamicmedia.tv
1 view · 8 hours ago
شرح رسالة القواعد الأربع
islamicmedia.tv
1 view · 8 hours ago