LibraryDokumen
Siqaret və onu çəkməyin tibbi və dini zərərləri
Bu kitab siqaretin insana və cəmiyyətə vurduğu zərərlərdən bəhs edir By: Muhəmməd ibn Cəmil Zeynu, Əlixan Musayev Source: IslamHouse.com · Muhəmməd ibn Cəmil Zeynu, Əlixan Musayev
Dari buku
Halaman-halaman awal teks. Buka buku di atas untuk membacanya secara lengkap.
1
Mərhəmətli, Rəhmli Allahın adı ilə!
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz
Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və
bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən
və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah
aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar,
kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən
şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan
məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki,
Muhəmməd Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun
və ancaq müsəlman olduğunuz halda ölün!»1
«Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özün-
dən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın
törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-
birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qo-
humluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah
sizə nəzarət edir.»2
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz da-
nışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı ba-
ğışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir
uğur qazanar.»3
Ön söz
Siqaret çəkməyə mübtəla olan, ondan yaxa qurtarmaq is-
təyən və İslamda onun hökmünün haram, halal və ya mək-
ruh olduğunu bilmək istəyən qardaşlarıma, hələ siqaret
çəkməyə mübtəla olmayan, bu iyrənc adətə öyrəşməyən,
1 Ali İmran, 102.
2 ən-Nisa, 1.
3 əl-Əhzab, 70-71.
2
insanlardan və cinlərdən olan şeytanların gələcəkdə onları
azdıraraq
siqaret
çəkənlərdən
edə
biləcəyindən
qorxduğum
qardaşlarıma,
siqaretin
zəhərinin
və
zərərlərinin olmasını başqalarından daha yaxşı bilən, nəfsi
və cismi sağlamlıqdan zövq almaq istəyən idmançı və
intellektual gənclərə siqaret haqqında mühüm məlumatları
toplamağa çalışdığım bu risaləni təqdim edirəm. İzzət və
Cəlalət sahibi olan Allahdan istəyirəm ki, bununla insan-
lara fayda versin və bunu xalis Allah üçün yazılmış kitab-
lardan etsin.
Bu risalənin nəşrinin səbəbi
Uzun bir zamandan bəri İslamda siqaretin hökmünü bə-
yan edən kiçik bir risalə yazmağa ümid bəsləyirdim.
Bu yaxınlarda ümumdünya tibb müşavirəsi keçirildi və
orada bütün həkimlər həmrəy oldular ki, siqaret sağlam-
lığa zərərlidir və o, boğaz və ağ ciyər xərçənginin
yaranmasına səbəb olur. Gənclərin müəyyən təbəqələri
arasında siqaretin yayılmasını görməyim məni çox qor-
xutdu. Çünki uşaqların sağlamlığını, əxlaqını və gələcə-
yini puç edən bu iyrənc adətin qurbanları olması bizim
üçün çox ağırdır.
Mən həkimlərlə və alimlərlə məsləhətləşdim və onlar da
məni bu işə həvəsləndirdilər. Mən nəsihət verib onun
zərərini və haramlığını bəyan etdiyimdə, bir çox siqaret
çəkənlərin bunları qəbul edib siqareti tərk etmələri də
həvəsimin artmasına təsir etdi. Elə buna görə də bu nəsi-
hətləri bütün insanlar üçün ümumiləşdirmək lazım idi.
İslam dini onların sağlamlığının, dünya və axirətdə
xoşbəxtliyinin qayğısına qalmaq üçün gəlmişdir.
3
Dərhal siqareti söndür
Tütündə olan nikotin maddəsinin qan damarlarına
büzüşdürücü təsiri vardır və o, damarların daralmasına
səbəb olur. Tütünü yandırdıqda ilk çıxan karbon oksid
qazı zəhərli qazdır. O, oksigen daşıyıcı olan qırmızı qan
kürəciklərinin fəaliyyətini azaldır, bu da toxumaların
oksigen azlığına səbəb olur. Ona görə də siqaret :
- Ürək əzələlərinin toxumalarını məhv edir.
- Tac damarda qüsurun (xəstəliyin) əmələ gəlməsinə səbəb
olur.
- Stenokordiyaya (döş anginasına) səbəb olur.
Möhtərəm qardaşım! Əgər siqaret çəkənlərdənsənsə qəl-
bini qorumaq üçün dərhal siqaretdən əl çək!
Siqaretin sağlamlığa zərəri
Ey müsəlman qardaşım! – Allah səni də, bizi də doğru
yola yönəltsin – bil ki, İslam dini sənin sağlamlığına və
xoşbəxtliyinə hərisdir. Belə ki, o sənə meyvələr,
sərinləşdirici içkilər kimi və s. bütün faydalı, pak şeyləri
halal edir, narkotik vasitələrdən olan şərab, həşiş və s.
kimi bütün zərərli, iyrənc şeyləri haram edir.
Bəs siqaret zərərli, iyrənc şeylərdəndirmi?
1- Hələbdə mədəniyyət mərkəzində tibbi müşavirə
keçirildi və peşəkar həkimlər ittifaqında mühazirə verildi.
Orada bütün həkimlər həmrəy oldular ki, siqaret
sağlamlığa zərərlidir. O, boğaz və ağ ciyər xərçənginin,
ürək tutmasının (infarktın), vərəmin, mədə xorasının və
digər xəstəliklərin başlıca səbəbidir. Çünki o, özündə
müxtəlif zəhərli maddələri cəm etmişdir. Onların ən
mühümü nikotin, qətran və başqa ziyanlı zəhərlərdir.
2- Tibb fakultəsinin müəllimi doktor Kənan əl-Cabi mü-
Komentar
Belum ada komentar. Jadilah yang pertama berbagi renungan yang bermanfaat.
Terkait
Hər bir müsəlmanın əqidəsi Cəmil Zeynu
islamicmedia.tv
6 views · 5 months ago
Müsəlmanın qalası
islamicmedia.tv
4 views · 5 months ago
Quranı Necə Anlamalı(Təfsirin Növləri və Bəzi Ayələrin Şərhi)
islamicmedia.tv
5 views · 5 months ago
Qurani Kərim və Azərbaycan dilinə mənaca tərcüməsi
islamicmedia.tv
5 views · 5 months ago
UC SUAL
islamicmedia.tv
6 views · 5 months ago
Peyğəmbər səllallahu aleyhi və sələmi sevmək
islamicmedia.tv
7 views · 5 months ago
Əhli-beyt və səhabələr sevgi və qohumluq əlaqələri
islamicmedia.tv
7 views · 5 months ago
Peyğəmbər səllallahu aleyhi və səlləmin əxlaqı İmam Buxari
islamicmedia.tv
5 views · 5 months ago
Peyğəmbərin səllallahu aleyhi və səlləmin xislətləri
islamicmedia.tv
8 views · 5 months ago
10 haqq kitabı
islamicmedia.tv
4 views · 5 months ago