Extrait du livre
Les premières pages du texte. Ouvrez le livre ci-dessus pour le lire en entier.
TÖVHĐDƏ DƏLĐLLƏR BARƏDƏ FAYDALĐ SÖZ
Azərbaycan Dövlət
Kitab Palatası- 1995
Məhəmməd Əli Əl-Yəməni Visabi Əl-Əbdəli
M 59 ”Tövhidə dəlillər barədə faydalı söz.”
B., Azərbaycan Dövlət Kitab palatası, 1995.
Ərəb dilindən çevirəni: Zakir Qasımov
Elmi redaktoru: Allahverdi Mehdiyev
M 0403000000
024
elansız
© Azərbaycan Dövlət Kitab palatası, 1995.
“Qızıl Şərq” Icarə mətbəəsində hazır orijinallardan çap olunmuşdur. Sif. No 379
2
DÖRDÜNCÜ NƏŞRƏ MÜQƏDDIMƏ
Aləmlərin rəbbi Allaha həmdü-səna olsun! Allah, Ondan qorxan müttəqi bəndələrə xoş aqibət bəxş etsin,
zalımların qisməti yalnız ədavət olsun!
Allahın insanlara mərhəmət ifadəsi olaraq göndərdiyi peyğəmbərimiz Məhəmmədə (Ona və ailəsinə
Allahın salavatı və salamı olsun! - s.ə.a.s.) ən tam və ən kamil salavat və salam olsun!)
Bu, “Tövhidə dəlillərə dair faydalı söz” kitabımın dördüncü nəşridir. Son nəşrdən sonra onu bir daha
nəşriyyata təqdim edirəm.
Əzəmət və kəramət sahibi Allahdan Onun gözəl adları və sifətlərilə bu əsəri Öz mübarək camalına layiq
bilməyi, Öz mərhəmət və kəramətilə Yer üzünün hər yerində müsəlmanlara xeyir və bərəkət bəxş etməyi
arzu edirik. Həqiqətən Rəbbim duanı eşidəndir. O hər şeyi öz yerinə qoymuş, nizamlamış və tərtib etmişdir.
Mən Allahdan mənə və mömin qardaşlarıma faydalı elm, yaxşı əməl qismət etməyi, bizi Cənnətə sakin
etməyi, Cəhənnəmdən də uzaq tutmağı arzu edirəm.
Peyğəmbərimiz Məhəmmədə və ailəsinə salavat və salam olsun!
Əbu Ibrahim
Yəmən, 01.01.1411 h.
“LA ĐLAHƏ ĐLLƏLLAH”-ın mənası
Yəni Allahdan başqa ibadət haqqına malik məbud yoxdur. Allahdan qeyrisinə edilən ibadət batildir.
Allah-təala buyurur:
“Bu belədir, çünki Allah haqq, müşriklərin ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir.
Həqiqətən Allah (hər şeydən) uca və böyükdür!” (əl-Həcc: 62). (Mübarək ayələrin tərcümə-sində
Z.Bünyadov və V.Məmmədəliyevin müvafiq tər-cüməsindən geniş şəkildə istifadə edilmişdir - Z.Q.).
“Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir.
Həqiqətən Allah (hər şeydən) uca və böyükdür!” (Loğman: 30).
“Bil ki, Allahdan başqa tanrı yoxdur” (Məhəmməd: 19).
“MƏHƏMMƏD RƏSULULLAH”-ın mənası
Yəni Ona və ailəsinə Allahın ən gözəl xeyir-duası və salamı olmuş Allah peyğəmbərindən başqa itaət
haqqına malik olan yoxdur! Dəlil olmadan Allahın peyğəmbərindən - səllallahu əleyhi və səlləm - qeyrisinə
edilən itaət batil itaətdir.
Allah-təala buyurur:
“Rəbbinizdən sizə nazil edilən Qurana tabe olun. Allahı qoyub başqa havadarlara uymayın. Siz öyüd-
nəsihətə olduqca az qulaq asırsınız!” (əl-Əraf: 3).
“Yox, (Ya Məhəmməd!) Allaha and olsun! Onlar aralarında baş verən mübahisələrdə səni hakim təyin
etməyincə, verdiyin hökmlərə görə öz nəfslərindən sıxıntı duymayınca və sənə tam şəkildə itaət etməyincə
iman sahibi olmazlar” (ən-Nisa: 65).
“Allah və peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol
seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq
yoldan açıq-aydın azmışdır!” (əl-Əhzab: 36).
ALLAH HARADADIR?
Allah-təala buyurur:
“Rəhman ərşə yüksəldi” (Tahə: 5).
Allah-təala həmçinin Qurani-kərimdə yeddi yer-də bu sözləri buyurur:
3
“...sonra ərşə yüksəldi...”
1. əl-Əraf: 54-cü ayə;
2. Yunus: 3-cü ayə;
3. ər-Rədd: 2-ci ayə;
4. əl-Furqan: 59-cu ayə;
5. əs-Səcdə: 4-cü ayə;
6. əl-Hədid: 4-cü ayə.
Mübarək ayələr:
Allah-təala həmçinin buyurur:
“O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət və bilik sahibidir” (əl-Ənam: 18).
“Allah öz bəndələri üzərində hakimi mütləqdir. O sizə (yaxşı və pis əməllərinizi) yazan, sizi Şey-tandan
qoruyan gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (gön-dərdiyimiz)
mələklər alar. Onlar (öz vəzifələ-rində) heç bir əyər-əskikliyə yol verməzlər!” (əl-Ənam: 61).
“Onlar öz fövqlərində olan Allahdan qorxar və özlərinə buyurulanları edərlər” (ən-Nəhl: 50).
“Hər kəs (dünyada) izzət-qüdrət, şərəf-şan is-təsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün iz-zət-qüdrət,
şərəf-şan ancaq Allaha məxsusdur. (Bu-na yalnız Allaha itaət və ibadət etməklə nail ol-maq mümkündür).
Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahında) yaxşı əməl
qaldırar. Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qur-duqları hiylələr boşa çıxar” (Fatir: 10).
Hədislər:
1. Əbu Hüreyrədən (Allah ondan razı olsun!) rəvayət olunur ki, Peyğəmbər (s.ə.a.s) demişdir: “Allah
canlı varlığı yaradanda Ərşin üstündə, Onun dərgahında olan kitabda yazmışdır ki, mər-həmətim qəzəbimə
üstün gəldi” (Qaynaqlar: Buxari, “Xilqətin əvvəli” 4/73; “ət-Tövhid, 8/176, 216. Müs-lim, “ət-Tövbə”,
412107).
2. Müaviyə ibn Həkəm Səlmi (Allah ondan razı olsun!) demişdir: “Bir cariyəm var idi. Ühüd və Cə-
vaniyə arasında çöldə qoyunlarımı otarırdı. Bir gün canavar bir quzunu aparır. Mən bir insan kimi bu itkiyə
çox təəssüfləndim, hətta onun üzünə bir sillə də vurdum. Bundan sonra Rəsulullahın (s.ə.a.s) yanına gəldim.
Hiss etmişdim ki, nahaq iş görmüşəm. Əhvalatı ona danışdım. O mənə dedi ki, böyük bir günah etmisən.
Mən soruşdum: “Ya Rə-sulullah, onu azad edimmi?” O mənə dedi: “Onu ya-nıma gətir”. Hər ikimiz
Peyğəmbərin (s.ə.a.s) ya-nına gəldik. Ondan soruşdu: “Allah haradadır?” Cariyə dedi ki, səma üzərindədir.
Soruşdu ki, “Mən kiməm?” Dedi: “Sən Allahın Peyğəmbərisən”. Bundan sonra Rəsulullah (s.ə.a.s) mənə
dedi: “Onu azad et. O, mömindir” (Qaynaq: Müslim, “Məscidlər və namaz yerləri kitabı”, 1/382).
ĐSLAMIN TƏRĐFĐ
Đslam Allaha tövhidlə təslim olmaq, Ondan itaətlə asılı olmaq, şirk, bidət, müşrik və bidətçilərdən xilas
olmaq deməkdir.
Allah-təala buyurur:
“Allah dərgahında (məqbul olan) din, əlbəttə, Islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xristianlar)
ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq ucundan ixtilafa başladılar. Allahın
hökmlərini inkar edən şəxslə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir” (Ali-Imran: 19).
“Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin
üçün Islamı bəyənib seçdim”(əl-Maidə: 3).
“Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlmə-mişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək
olunmaz” (əz-Zumər: 54).
“Rəbbi Ibrahimə “(Əmrimə) təslim ol!” dedikdə, Ibrahim də Aləmlərin Rəbbinə “Təslim oldum (mü-
səlman oldum!)” deyə cavab vermişdi. Ibrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib, hər birinə dedi:
“Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (Islam dini) seçdi, siz də ancaq müsəlman olaraq
ölməlisiniz!”(əl-Bəqərə: 131-132).
“Ey iman gətirənlər! Allahdan lazımınca qorxun! Yalnız müsəlman kimi ölün!” (Ali-Imran: 102).
“Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki göy-lərdə və
yerdə olanların hamısı istər-istəməz Ona təslim olmuşlar və Onun hüzuruna qayıdacaq-lar” (Ali-Imran: 83).
Commentaires
Aucun commentaire pour l'instant. Soyez le premier à partager une réflexion utile.
À voir aussi
Tövhidin qorunması
islamicmedia.tv
5 views · 3 months ago
Ey İslam Təbliğatçıları, Tövhid Hər Şeydən Öncədir
islamicmedia.tv
5 views · 5 months ago
Tövhidə zidd olan əməllər
islamicmedia.tv
3 views · 5 months ago
Tövhidin əzəməti
islamicmedia.tv
4 views · 5 months ago
عظماء في التاريخ
islamicmedia.tv
1 view · 8 hours ago
من أحكام صلاة المرأة في الحرمين
islamicmedia.tv
1 view · 8 hours ago
البرنامج اليومي للمسلمة في شهر رمضان
islamicmedia.tv
1 view · 8 hours ago
أحكام المرأة في الصلاة دراسة فقهية مقارنة
islamicmedia.tv
1 view · 8 hours ago
توحيد الألوهية أساس الإسلام
islamicmedia.tv
1 view · 8 hours ago
شرح رسالة القواعد الأربع
islamicmedia.tv
1 view · 8 hours ago