LibraryDocuments
10 haqq kitabı
Bu kitab Allahın, Onun rəsulunun səllallahu aleyhi və səlləmin, valideynlərin, qohum-əqrəbanın, qonşunun, övladın, ər-arvadın, rəhbərlərin, müsəlmanların və qeyri-müsəlmanların haqlarından bəhs edir. By: Əlixan Musayev Source: IslamHouse.com · Əlixan Musayev
Extrait du livre
Les premières pages du texte. Ouvrez le livre ci-dessus pour le lire en entier.
ƏLİXAN MUSAYEV
Bakı – 2002
2
Mərhəmətli və rəhimli olan Allahın adı ilə!
MÜQƏDDİMƏ
Şükr və tə‘rif Allaha məxsusdur. Biz ona şükr edir, Onu tə‘rif edirik, Onu
köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizdəki şərdən, əməlləri-
mizdəki pisliklərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna
yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə yoluna yönəldən tapılmaz. Şəhadət
edirəm ki, Allahdan başqa ibadətə haqqı olan tanrı yoxdur, Onun şəriki yoxdur və
şəhadət edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
«Ey iman gətirən kəslər! Allahdan lazımınca qorxun və yalnız müsəlman
olduğunuz halda ölün!» («Ali İmran» surəsi, 102-ci ayə).1
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini
(Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən
Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər istədiyiniz)
Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki,
Allah sizin üzərinizdə nəzarətçidir!»
(«ən-Nisa» surəsi, 1).
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə
etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlar. Hər kəs Allaha
və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar» («əl-Əhzab» surəsi, 70-
71).
1 Kitabçada işlənmiş Qur‘an ayələrinin və hədislərin tərcüməsi yalnız təxmini mə‘nanı bildirir.
3
Müsəlman qardaş və bacılarım! Bu müxtəsər və maraqlı risalə sizi ədalətli
olmağa sövq edər və hər bir haqqı olanın haqqını ödəməyə vadar edər. Bu haqlar
hər bir müsəlman üçün ən mühüm olan haqdır və bu haqları ödəmək hər bir
müsəlmanın borcudur.
Əzəmətli Allahdan rica edirik ki, Allah sübhanəhu təalanın Kitabını və
Rəsulullahın (Ona Allahın salavatı və salamı olsun! – səlləllahu ‘əleyhi va əlihi va
səlləm – s.ə.v) Sünnəsini öz həyatının bütün sahələrində rəhbər tutan (cəmi)
müsəlman ümmətinə uğurlar bəxş etsin. O, doğrudan da eşidən və cavab verəndir.
Sonuncu duamız budur: əl-həmdu lilləhi rabbil-aləmin» – Aləmlərin Rəbbi Allaha
şükürlər olsun!
Əlixan MUSAYEV
Commentaires
Aucun commentaire pour l'instant. Soyez le premier à partager une réflexion utile.
À voir aussi
Allahın kitabı ilə Əhli Beytin ər-Rəhmanın dostları haqqında dedikləri
islamicmedia.tv
7 views · 5 months ago
İmam Nəvavinin 40 hədis kitabı
islamicmedia.tv
7 views · 5 months ago
Zəvvarın cib kitabı
islamicmedia.tv
7 views · 5 months ago
Tevhid Kitabı
islamicmedia.tv
6 views · 5 months ago
Tevhîd Kitabı Şerhi
islamicmedia.tv
5 views · 5 months ago
Yolcu’nun El Kitabı : Yolculukla İlgili Dinî Hükümler
islamicmedia.tv
5 views · 5 months ago
Müsəlmanın qalası
islamicmedia.tv
4 views · 5 months ago
Qurani Kərim və Azərbaycan dilinə mənaca tərcüməsi
islamicmedia.tv
5 views · 5 months ago
UC SUAL
islamicmedia.tv
6 views · 5 months ago
Peyğəmbər səllallahu aleyhi və sələmi sevmək
islamicmedia.tv
7 views · 5 months ago