Quran və Sünnə işığında ən fəzilətli zikrlər
Bu kitabda Peyğəmbər səllallahu aleyhi və səlləmin gündəlik olaraq 100 dəfə zikr etdiyi zikrlər və bir də gündəlik zikrlər cəm edilib By: Əlixan Musayev Source: IslamHouse.com · Əlixan Musayev
Extrait du livre
Les premières pages du texte. Ouvrez le livre ci-dessus pour le lire en entier.
Quran və Sünnə işığında
GÜNDƏLİK ZİKRLƏR
Quran və Sünnə işığında
GÜNDƏLİK ZİKRLƏR
3
بسم الله الرحمن الرحيم
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Müqəddimə
Həqiqətən, şükür və tərif yalnız Allaha
məxsusdur! Biz Ona həmd edirik, Onu kömə-
yə çağırırıq, Ondan bağışlanma və bizi doğru
yola yönəltməyi diləyirik. Nəfsimizin şərindən
və pis əməllərimizdən qorunmaq üçün yalnız
Ona pənah aparırıq. Allah kimə hidayət ve-
rərsə, onu azdıran tapılmaz, kimi azdırarsa,
onu doğru yola yönəldən tapılmaz. Mən şa-
hidlik edirəm ki, Allahdan başqa ibadətə haq-
qı olan məbud yoxdur, O təkdir şəriki yoxdur
və şahidlik edirəm ki, Muhəmməd səllallahu
aleyhi və səlləm Onun qulu və rəsuludur.
Şübhəsiz, ən xeyirli kəlam Allahın Kəla-
mı, ən doğru yol da Muhəmməd səllallahu
aleyhi və səlləmin yoludur. Habelə, ən pis
əməl dinə əlavə edilən yeniliklərdir. Hər bir
yenilik bidət, hər bir bidət zəlalət və hər bir
zəlalət Cəhənnəmə aparan yoldur. Sonrası-
na gəlincə...
Quran və Sünnə işığında
GÜNDƏLİK ZİKRLƏR
4
Rəsulullah demişdir: “Allahı zikr etmək,
Onun sevdiyi əməllər, habelə, elm öyrədən
və elm öyrənən şəxs istisna olmaqla, dünya
və onun üzərindəkilər lənətlənmişdir.”1
İbn Rəcəb bu hədisi belə izah etmişdir:2
“Dünya və onun üzərindəkilər lənətlənmiş-
dir, yəni Allahdan uzaqlaşdırılmışdır. Çünki
dünya, adamı Allahı zikr etməkdən yayındı-
rır. Allaha tərəf yönəldən və Onu tanıtdıran,
Ona yaxınlaşdıran və Onun razılığını qazan-
dıran faydalı elm öyrənmək və öyrətmək, ha-
belə, Allahı zikr etmək və Allahın sevdiyi
başqa əməlləri – əməl sahibini Allaha yaxınlaş-
dıran işləri yerinə yetirmək isə müstəsnadır.
Dünyadan da, məhz bu məqsədlə yararlan-
maq olar. Belə ki, Allah Öz qullarına yalnız
Allahdan qorxmağı və Ona itaət etməyi əmr
etmişdir. Buna müvəffəq olmaq üçün isə
Allahı davamlı şəkildə zikr etmək gərəkdir.
Bu xüsusda İbn Məsud demişdir: “Allah-
dan layiqincə qorxmaq üçün Onu zikr etmək
və Onu unutmamaq gərəkdir.”3 Allahın Öz
1 “Sunən ət-Tirmizi”, 2323; bu hədis “həsən”dir, bax:
“Silsilətul Əhadisis-Səhihə”, 2797.
2 “Camiul-Ulum vəl-Hikəm”, 1/298.
3 “Mustədrək əl- Hakim”, 2/294.
Commentaires
Aucun commentaire pour l'instant. Soyez le premier à partager une réflexion utile.
À voir aussi
Quran və Sünnə işığında imanın əsasları
islamicmedia.tv
4 views · 5 months ago
Kitab və Sünnə zikrlərindən “Müsəlmanın qalası”
islamicmedia.tv
5 views · 2 months ago
Peyğəmbərin gündəlik sünnə əməlləri və zikrləri
islamicmedia.tv
4 views · 5 months ago
Fussilet Suresi Işığında Davetçinin Eğitimi
islamicmedia.tv
4 views · 5 months ago
Kur’ân ve Sünnet Işığında Sihir, Hakikati, Etkisi, Hükmü, Korunma ve Tedâvi Yolları
islamicmedia.tv
4 views · 5 months ago
Kitapları, Risâleleri ve Fetvâları Işığında Muhammed b. Abdulvahhab’ın Selef Akidesinin Beyanı
islamicmedia.tv
5 views · 5 months ago
İslâm Kur'an-ı Kerim ve Nebevî Sünnet Işığında İslâm'a Kısa Bir Bakış
islamicmedia.tv
4 views · 5 months ago
Müsəlmanın qalası
islamicmedia.tv
4 views · 5 months ago
Qurani Kərim və Azərbaycan dilinə mənaca tərcüməsi
islamicmedia.tv
5 views · 5 months ago
UC SUAL
islamicmedia.tv
6 views · 5 months ago