Libraryوثائق
Cənnətlə müjdələnənlər
Bu kitabda bəzi səhabələrin cənnətlə müjdələnməsi haqqıında hədislər cəm edilmişdir By: Əlixan Musayev Source: IslamHouse.com · Əlixan Musayev
من الكتاب
الصفحات الأولى من النص. افتح الكتاب أعلاه لقراءته كاملًا.
1
Mərhəmətli, Rəhmli Allahın adı ilə!
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur!
Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan
bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik,
nəfslərimizin şərindən və pis əməllərimizdən qorun-
maq üçün yalnız Ona pənah aparırıq. Allah kimə
hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa
onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik
edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud
yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki,
Muhəmməd Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və
ancaq müsəlman olduğunuz halda ölün!»1
«Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan
da zövcəsini yaradan və onlardan da bir çox kişi və
qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun!
Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz
Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən
çəkinin! Həqiqətən, Allah sizə nəzarət edəndir!»2
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz
söyləyin! Əgər belə etsəniz Allah əməllərinizi islah
edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və
Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar».3
1 «Ali İmran» surəsi, 102.
2 «ən-Nisa» surəsi, 1.
3 «əl-Əhzab» surəsi, 70-71.
2
Müsəlman qardaş və bacılarım! İslam tarixinə nəzər
salsaq görərik ki, neçə-neçə Allah bəndəsi İslamı
yaşamış və müsəlman olaraq həyatdan köçmüşdür.
Onlar hal hazırda aramızda olmasalar da gözəl
əməlləri sayəsində adları bu günədək imanlı insanlar
kimi xatırlanmış və gələcək nəsillərə tanıdılmışdır.
Bu xoşbəxt insanların bir çoxu hələ sağ ikən
Peyğəmbərimiz r tərəfindən Cənnətlə müjdələnmiş
və
bununla
da
digər
möminlərin
sevgisini
qazanmışlar. Belə insanları tanımaq və cəmiyyətdə
tanıtmaq gələcək nəslin nümunəvi tərbiyəsi üçün çox
faydalı olduğunu nəzərə alıb Peyğəmbərimizin r
Cənnətlə müjdələdiyi səhabələr haqqında olan
rəvayətlərdən bəzilərini bu risalədə diqqətinizə çatdı-
rıram.
Uca Allahdan diləyirəm ki, bizləri də o insanlarla
bərabər Cənnətə daxil etsin!
Tərcüməçidən
3
Cənnətlə müjdələnənlər
- Peyğəmbər r demişdir: “Qardaşlarınız Uhud döyü-
şündə şəhid olduqda, qüdrət və qüvvət sahibi olan
Allah onların ruhlarını yaşıl quşların daxilinə yerləş-
dirdi. Onların ruhları Cənnət çaylarının yanına gəlir,
Cənnət meyvələrindən yeyir və Ərşin kölgəsində yer-
ləşdirilmiş çıraqların yanına qayıdırlar. Yemək-iç-
məklərinin və qayıtdıqları yerin nə qədər gözəl oldu-
ğunu gördükləri zaman deyirlər: “Kaş qardaşlarımız
Allahın bizə verdiyi nemətlər barəsində biləydilər və
Allah yolunda olan cihaddan imtina edərək dönüb
qaçmayaydılar”. Qüdrət və qüvvət sahibi olan Allah:
“Mən sizin dediklərinizi onlara çatdıraram!” - deyib
bu ayələri Öz Elçisinə nazil etdi:
«Allah yolunda öldürülənləri əsla ölü sanma! Ək-
sinə, onlar diridirlər, öz Rəbbi yanında onlara ruzi
verilir. Onlar Allahın Öz lütfündən onlara bəxş etdi-
yi şeylərə sevinərək, arxalarınca gəlib hələ özlərinə
çatmamış kəsləri, onlara axirətdə heç bir qorxu ol-
mayacağı və olub-keçənlərə görə qəm-qüssə görmə-
yəcəkləri ilə müjdələyirlər. Onlar Allahın nemətinə,
lütfünə, həm də Allahın möminlərin mükafatını puç
etməyəcəyinə sevinirlər». (Ali-İmran, 169-171)1
- Peyğəmbər r demişdir: “Əbu Bəkr cənnətlikdir;
Ömər cənnətlikdir; Osman cənnətlikdir; Əli cənnət-
1 Əhməd, 1/265; Əbu Davud, 2/322; əl-Hakim, 2/88; İbn Hişam, 2/119; İbn
Cərir, 4/170; İbnul-Mübarək, 5/656.
التعليقات
لا توجد تعليقات بعد. كن أول من يشارك بتأمّل نافع.
ذات صلة
Müsəlmanın qalası
islamicmedia.tv
4 views · 5 months ago
Qurani Kərim və Azərbaycan dilinə mənaca tərcüməsi
islamicmedia.tv
5 views · 5 months ago
UC SUAL
islamicmedia.tv
6 views · 5 months ago
Peyğəmbər səllallahu aleyhi və sələmi sevmək
islamicmedia.tv
7 views · 5 months ago
Əhli-beyt və səhabələr sevgi və qohumluq əlaqələri
islamicmedia.tv
7 views · 5 months ago
Peyğəmbər səllallahu aleyhi və səlləmin əxlaqı İmam Buxari
islamicmedia.tv
5 views · 5 months ago
Peyğəmbərin səllallahu aleyhi və səlləmin xislətləri
islamicmedia.tv
8 views · 5 months ago
10 haqq kitabı
islamicmedia.tv
4 views · 5 months ago
Raşidi xəlifələr
islamicmedia.tv
6 views · 5 months ago
Səhih Muslim
islamicmedia.tv
6 views · 5 months ago