Libraryوثائق
Müsəlman uşaqların bilməsi vacib olan məsələlər.
Müsəlman uşaqların bilməsi vacib olan məsələlər. Source: IslamHouse.com
من الكتاب
الصفحات الأولى من النص. افتح الكتاب أعلاه لقراءته كاملًا.
Müsəlman uşaqların bilməsi
vacib olan məsələlər
4
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Müqəddimə
Allahın adi ilə və Allaha həmd olsun, daha sonra :
Bu, Allah -Təbərakə və Təalənin- dinindən müsəlman
uşaqların bilməsi vacib olan məsələlərdir. Valideynlərə öz
övladlarına kiçik yaşlarından bu məsələləri öyrətmələri vacibdir.
Bu kitab: Əqidə, fiqh, Peyğəmbərin -sallallahu aleyhi və
səlləm- həyatı, İslam ədəbləri, təfsir, hədis, əxlaq və zikrlər
mövzusunda həm qısaldılmış, həm də asanlaşdırılmış kamil bir
kitabdır. Bu kitab həm uşaqların, həm böyüklərin, həmçinin
İslama təzə gəlmiş insanların istifadəsi üçün nəzərdə
tutulmuşdur. Bu kitab, evlərdə, uşaq baxçalarında, tədris
müəssisələrində əzbərlənməli və şərh edilməlidir. Bu kitabı,
İslami elmlərinə əsaslanaraq tərtib edib, sual və cavab
üslubunda cəm edərək hazırladım. Çünki kitabın belə bir
üslubda tərtib olunması zehnin çalışması, məlumatların yadda
qalması və tərbiyəçinin qarşısındakı öyrənən kəsin yaşına uyğun
olaraq sualları seçib ona yönəltməsi üçün daha münasibdir.
Uca Allahdan bu kitabın faydalı olmasını və bu əməli məndən
qəbul etməsini diləyirəm.
Bunun əsli Uca Allahın bu ayəsidir:
﴿
َٰٓ َهۡلِيكُمۡ نَارٗا وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُ عَلَيۡهَا مَل
َ
نفُسَ كُمۡ وَأ
َ
يُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قُوٓاْ أ
َ
يَ َٰٓأ ٌئِكَة
َمَرَهُمۡ وَيَفۡعَلُونَ مَا يُؤۡمَرُون
َ
غِلَاظٞ شِدَادٞ لَّا يَعۡصُ ونَ ٱَّللَّ َ مَآ أ ﴾
[التحريم:
6
]
﴾Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və
daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara
verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları
yerinə yetirən amansız və güclü mələklər vardır﴿. (ət-Təhrim
surəsi, ayə: 6). Abdullah ibn Abbas -radiyallahu anhumə- rəvayət
edir ki, bir gün Peyğəmbərin -sallallahu aleyhi və səlləm-
miniyinin üzərində arxa tərəfdə oturmuşdum. Bu zaman
5
Peyğəmbər -sallallahu aleyhi və səlləm- mənə belə dedi: “Ey
oğul! Mən sənə bir neçə kəlmə öyrədəcəm: Allahı qoru ki (yəni
günahlardan çəkin, yalnız ona ibadət et) ki, Allah da səni
qorusun. Allahı qoru ki, Onu öz qarşında görərsən. Bir şey
dilədikdə, Allahdan dilə. Kömək istədikdə yenə də Allahdan
kömək istə. Bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün
bir yerə yığışsalar belə, Allahın (sənin qədərinə) yazdığından
başqa sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə
zərər vermək üçün bir yerə yığışsalar, yenə də Allahın təqdir
etdiyindən başqası sənə zərər verə bilməz. (Artıq) qələmlər
qaldırılmış, səhifələr qurumuşdur”.
Bu hədisi Tirmizi və İmam Əhməd rəvayət etmişdir.
Az yaşlılara elm öyrətməyin əhəmiyyəti
İnsana, az yaşlılara onların İslam fitrətində böyüyüb boya
başa çataraq kamil insan olmaları və iman yolu üzərində tək
Allaha ibadət edən gözəl bir müsəlman olaraq yetişmələri üçün
onların ehtiyac duyduqları dinin məsələləri öyrətməsi vacibdir.
İmam İbn Əbi Zeyd əl-Qayravani -rahiməhullah- bu haqqda
belə demişdir:
Peyğəmbərdən -sallallahu aleyhi və səlləm- uşaqlar yeddi
yaşa çatdıqlarında onlara namaz qılmağı əmr etmək, on yaşa
çatdıqılarında isə namaz qılmasalar, buna görə onları vurmaq və
yerlərini ayırmaq rəvayət edilmişdir. Beləliklə də Allahın onlara
fərz etdiyi söz və əməllərdən olan ibadətlərin qəlblərində qərar
tutub, vərdiş almaları və əməl edərkən bu ibadətlərlə rahatlıq
tapmaları üçün həddi-büluğa çatmazdan öncə bu kimi ibadətlər
onlara öyrədilməlidir ki, həddi-büluğa çatdıqdan sonra bütün bu
ibadətlər onlara çətin görsənməsin. Bax: Müqəddimə Əbi Zeyd
əl-Qeyravani (səhifə: 5).
*****
التعليقات
لا توجد تعليقات بعد. كن أول من يشارك بتأمّل نافع.
ذات صلة
Müsəlmanın bilməsi vacib olan məsələlər
islamicmedia.tv
4 views · 3 months ago
Kitab və Sünnə zikrlərindən “Müsəlmanın qalası”
islamicmedia.tv
5 views · 2 months ago
Sehr, kahinlik və onlarla bağlı məsələlərin hökmü
islamicmedia.tv
3 views · 3 months ago
Müsəlmanın qalası
islamicmedia.tv
4 views · 5 months ago
İslam dininin əsaslarını və mühüm məsələlərini bəşəriyyətə öyrədən suallar və cavablar Hazırlayan
islamicmedia.tv
7 views · 5 months ago
Hər bir müsəlmanın əqidəsi Cəmil Zeynu
islamicmedia.tv
6 views · 5 months ago
Qəbirdə soruşulan üç sual, Dörd qayda, dindən çıxaran amillərdən müsəlmanları çəkindirməyin vacibliy
islamicmedia.tv
5 views · 5 months ago
Yeni müsəlman üçün müxtəsər faydalı biliklər
islamicmedia.tv
4 views · 5 months ago
عظماء في التاريخ
islamicmedia.tv
1 view · 9 hours ago
من أحكام صلاة المرأة في الحرمين
islamicmedia.tv
1 view · 9 hours ago