Libraryوثائق
Ramazan fətvalar
bu kitabçada böyük alimlər heyətinin ramazanla bağlı fətvalı zikr edilir By: Əlixan Musayev Source: IslamHouse.com · Əlixan Musayev
من الكتاب
الصفحات الأولى من النص. افتح الكتاب أعلاه لقراءته كاملًا.
1
Mərhəmətli, Rəhmli Allahın adı ilə!
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz
Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və
bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən
və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah
aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar,
kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən
şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan
məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki,
Muhəmməd Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və ancaq
müsəlman olduğunuz halda ölün!»1
«Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan da
zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törə-
dib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-biri-
nizdən cürbəcür şeylər istədiyiniz Allahdan qorxun və
qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah
sizə nəzarət edəndir!»2
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz
söyləyin! Əgər belə etsəniz Allah əməllərinizi islah edər və
günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə
itaət etsə, böyük bir səadətə nail olar».3
Orucun hökmü
Sual: Oruc nə deməkdir?
Cavab: Oruc - niyyət edib dan yeri söküləndən gün
batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi)
orucu pozan şeylərdən özünü saxlamaq deməkdir.
1 «Ali İmran» surəsi, 102.
2 «ən-Nisa» surəsi, 1.
3 «əl-Əhzab» surəsi, 70-71.
2
Sual: Ramazan ayında oruc tutmaq vacibdirmi?
Cavab: Bəli vacibdir. Uca Allah buyurur: “Ey iman gəti-
rənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc
tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsi-
niz.”1 “(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin
ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı
batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil
edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı
oruc tutmalıdır.”2
Sual: Oruc tutmaq kimlərə vacibdir?
Cavab: Oruc tutmağa qadir olan hər bir həddi buluğa
çatmış, ağlı başında olan müsəlman Ramazan ayının oru-
cunu tutmalıdır. Xəstə və müsafir olanlar isə başqa günlər-
də tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Uca
Allah buyurur: “Sizlərdən xəstə və ya səfərdə olanı varsa,
başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin
üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir.”3
Sual: Bütün oruclar eyni hökmdədirmi?
Cavab: Xeyr! Hər orucun öz hökmü vardır. Oruc hökmlərə
görə aşağıdakı qisimlərə bölünür:
- vacib oruclar: Ramazan ayının orucu, qəza, nəzir və kəf-
farə orucları;
- qadağan olunmuş oruclar: Ramazan və qurban bayramla-
rında, heyz və nifas halında tutulan oruclar. Həmçinin şəkk
edilən gün,4 həcc ziyarətində Ərafa günü,5 təşriq günləri6
1 “əl-Bəqərə” surəsi, 183.
2 “əl-Bəqərə” surəsi, 185.
3 “əl-Bəqərə” surəsi, 185.
4 Şaban ayının 30-u yoxsa Ramazan ayının 1-i olduğunu yəqin bilməmək və həmin gün oruc
tutmaq.
5 Zil-Hiccə ayının 9-u.
6 Zil-Hiccə ayının 11-i, 12-si və 13-ü.
3
tutulan oruclar və xəstənin halını ağırlaşdıran oruc da buna
aiddir. Habelə ərin izni olmadan qadının tutduğu nafilə
orucu, cümə və şənbə günlərini xüsusiləşdirib oruc tutmaq;
- müstəhəb oruclar: Birinci və dördüncü günlər, hicri ayları-
nın 13-ü, 14-ü və 15-i, Məhərrəm ayının 9-u, 10-u və 11-i,
Şəvval ayının istənilən altı günü, zil-Hiccə ayının ilk doq-
quz günü və hədislərdə varid olan başqa bu kimi oruclar;
- məkruh oruclar: Xəstəyə çətinlik törədən oruc;
- mübah oruclar: Müsafirin orucu;
Niyyətin hökmü
Sual: Ramazan ayını oruc tutmaq istəyən kəs nə zaman və
necə niyyət etməlidir?
Cavab: Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən
niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə, qeyd
etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz
etmək isə dində yenilikdir. Peyğəmbər
r demişdir:
“Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir
əməl vardır. Kimin hicrəti Allah və Onun rəsulu (hər ikisi-
nin buyruqlarını yerinə yetirmək) üçündürsə, onun hicrəti
(etdiyi hər bir əməl) Allah və Onun rəsulu (hər ikisinin
razılığını qazanmaq) üçündür.1 Kimin də hicrəti dünyaya
nail olmaq və ya qadınla evlənmək üçündürsə, onun hicrəti
niyyət etdiyində tamamlanır.2”3
Sual: Ramazan ayında üzrlü səbəbdən dolayı orucu pozan
kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən
niyyət etməlidirmi?
Cavab: Bəli, etməlidir.
1 Onun savabını Allah verir.
2 İstədiyinə yalnız bu dünyada nail olur.
3 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.
التعليقات
لا توجد تعليقات بعد. كن أول من يشارك بتأمّل نافع.
ذات صلة
Ramazanski post (fikhski propisi)
islamicmedia.tv
7 views · 5 months ago
Ramazanska sijela
islamicmedia.tv
4 views · 5 months ago
Ramazanski savjeti za žene
islamicmedia.tv
5 views · 5 months ago
Ramazanske fetve za žene
islamicmedia.tv
5 views · 5 months ago
Propisi ramazanskog posta
islamicmedia.tv
6 views · 5 months ago
Odnos prvih generacija prema ramazanu
islamicmedia.tv
5 views · 5 months ago
Müsəlmanın qalası
islamicmedia.tv
4 views · 5 months ago
Qurani Kərim və Azərbaycan dilinə mənaca tərcüməsi
islamicmedia.tv
5 views · 5 months ago
UC SUAL
islamicmedia.tv
6 views · 5 months ago
Peyğəmbər səllallahu aleyhi və sələmi sevmək
islamicmedia.tv
7 views · 5 months ago