Libraryوثائق
Tövhidə zidd olan əməllər
Sizə Allahın salamı, rəhməti və bərəkəti olsun. Əlinizdəki kitabın səhifələrində Allahın ən böyük əmri sayılan tövhid və ən böyük qadağası olan Ona şərik qoşmaqdan söhbət açılır. Source: IslamHouse.com
من الكتاب
الصفحات الأولى من النص. افتح الكتاب أعلاه لقراءته كاملًا.
1
TÖVHİDƏ ZİDD ƏMƏLLƏR
Əbdüləziz ibn Reys Ər-reys
Ön söz
Rəhimli və Mərhəmətli Allahın adı ilə
Sizə Allahın salamı, rəhməti və bərəkəti olsun.
Əlinizdəki kitabın səhifələrində Allahın ən böyük əmri sayılan tövhid və ən böyük
qadağası olan Ona şərik qoşmaqdan söhbət açılır.
Möhtərəm oxucular! Sələfin metoduna əsaslanan Əhli sünnə vəl-camaat tərəfdarlarının
hər birinə məlumdur ki, Allahın peyğəmbərləri göndərməsində və məxluqatı yaratmasında
yeganə məqsədi onların tövhid prinsipinə riayət etmələri və Ona şərik qoşmayaraq belə bir
əməldən uzaq durmaları idi. Ən böyük düşmənimiz olan lənətlənmiş şeytan bundan xəbər
tutanda özünün atlı və piyadalarını səfərbər edərək cəmiyyətin müxtəlif təbəqələrdən olan
Allah qullarını istər dəvətçilərini və ya qeyrilərini, alimlərini və ya avamlarını tövhid prinsipini
öyrənməkdən və ona riayət etməkdən çəkindirməyə başladı. Allahın mərhəmət göstərdiyi
kəslər bundan xali idi. Şeytan tövhid prinsipinə dəvəti insanları siniflərə bölən, onlar arasında
ayrıseçkilik salan, bu haqda bilgiyə malik olduqlarına görə ona ehtiyacları olmayan faydasız bir
iş kimi bəzəmişdir. Əcaba, elçi və peyğəmbərlərin əhəmiyyət vermədikləri bu sözlərə bizmi
əhəmiyyət verək? Sonra da tövhidə dəvətdən üz çevirək? Bilirsinizmi onlar nəyə görə bu sözləri
mənasız sayırdılar? Çünki bu şəxslər Allahın verdiyi elm sayəsində dərk etmişdilər ki, tövhidə
çağırışın məqsədi nöqsansız Allahın ibadətlərdə təkləşdirilməsidir. Buna görə də nicat yolu
yalnız onların yoludur. Bu yol da Allah təalanın buyurduğu kimi birdir: “Bu, şübhəsiz ki,
mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara
uymayın.” (əl-Ənam, 153) Məgər həqiqi dəvətçilərin vəzifəsi peyğəmbərlərin apardığı dəvəti
yəni, tövhid prinsipinə çağırışı dirçəltmək deyilmi? Şeytanın azdırdığı avam insanlar deyir:
“Tövhid prinsipini hər kəs bilir. Bizim Tövhid əhli olduğumuz halda ona çağırılmağımıza nə
ehtiyac var? Onlara cavab olaraq deyilir ki: Subhənallah! Bu sözlər necə söylənilə bilər. Axı bir
çox İslam və qeyri İslam ölkələrini açıq-aydın böyük şirk zülməti bürümüşdür. Bu məsələyə
irəlidə toxunacağıq. Tutaq ki, şirk hər kəsə bəlli bir mövzudur. Lakin buna baxmayaraq bizim
onu diqqət mərkəzində saxlamağımıza və ondan Allaha sığınmağımıza həmişə ehtiyacımız var.
Biz, (tövhid prinsipinə riayətdə) İbrahim xəlilullaha (ona Allahın salamı olsun!) bərabər
olmadığımızı da yaxşı bilirik. Bununla yanaşı o, (ona Allahın salamı olsun!) Allaha belə dua
etmişdi: “Mən və oğullarımı bütrərə tapınmaqdan uzaq elə.” (İbrahim,35) İbrahim ət–Teymi
belə demişdi: İbrahim Peyğəmbərdən (ona Allahın salamı olsun!) sonra bəladan yəni, şirkdən
qurtulmasına kim əmin ola bilər? Bunu İbn Əbi Hatim və İbn Cərir ət-Təbəri rəvayət etmişlər.
Biz heç vaxt ən xeyirli əsrin insanları olan Peyğəmbərin (ona Allah salavatı və salamı olsun!)
səhabələri kimi ola bilmərik. Lakin Allahın Elçisi (ona Allah salavatı və salamı olsun!) ölümü ilə
nəticələnən xəstəliyində belə onlara tövhidi tövsiyə edirdi.
2
Belə olan halda ey insanlar! Tövhidi öyrənməyə və başqalarını da ona dəvət etməyə
tələsin! Həqiqətən də, tövhidi öyrəmək, onu təbliğ etmək, tələblərinə əməl etmək bu dünyada
İslam dövlətinin qurulmasına axirətdə isə Firdovs cənnətinə nail olmağımıza səbəbdir. Uca
Allah buyurur: “Allah aranızda iman gətirib yaxşı işlər görənlərə - yalnız mənə ibadət
edərlər, heç nəyi Mənə şərik qoşmazlar, deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün
varisi edəcəyini, onlar üçün onların Allahın özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və
onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur.” (ən-Nur, 55)
Möhtərəm Oxucu! İndi isə tövhidə zidd əməllərdən çəkinməyimiz və eləcə də kəramət
sahibi Allahın razılığını qazanmağımız üçün onlardan bir neçəsini sizə təqdim edirik.
Tövhidə zidd əməllər
1. Bir çox İslam ölkələrində Allahdan qeyrisinə ibadətin məsələn, dünyasını dəyişmiş
insanlara dua edilməsinin və sairənin geniş yayıldığını görürük. Onlardan günahlarını
bağışlamağı, kədərlərini dağıtmağı, övlad və şəfa vermələrini istəyirlər. Həmçinin, onlar üçün
qurban kəsir, nəzir verir, qəbirlərinə üz tutub namaz qılır, ətraflarında təvaf və səcdə edirlər.
Hətta bu kəslərin qəlbləri namaz vaxtı Rəblərinin qarşısında dayandıqda qəbirlərin qarşısında
dayandıqları kimi titrəmir və gözləri də həmin cür yaşla dolmur. Aman Allah necə də
təəccüblüdür! Məgər bu insanlar belə əməlləri ilə böyük şirkə yol verdiklərini və nəticədə
etdiklərinin puça çıxdığını bilmirlərmi?
Allah təala buyurur: “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölüm də
aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyrulmuşdur, və
mən ilk müsəlmanlardanam.” (əl–Ənam ,162,163) Başqa bir ayədə isə uca Allah belə buyurur:
“Şübhəsiz ki, məsçidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!” (əl–
Cinn, 18) Yəni Allahdan başqa heç kimə ibadət etməyin. Allahla yanaşı başqa məbuda ibadət
etmək, istər göndərilmiş peyğəmbərə, istərsə də yaxın mələyə olsun, hər bir halda Allaha şərik
qoşmaq sayılır. Çünki o, yalnız Allaha aid olan bir işdir. Allah bu böyük şirk haqda belə
buyurur: “Şübhəsiz ki, Allah ona şərik qoşmağı əsla bağışlamaz!” (ən–Nisə, 48). Digər ayədə
isə buyurur: “Həqiqətən, Allah özünə şərik qoşana Cənnəti haram etmişdir. Onun sığınacağı
cəhənnəmdir!” (əl–Maidə,72) Başqa bir ayədə buyurur: “Əgər (Allaha) şərik qoşmusansa
əməllərin puça çıxacaq!” (əz–Zumər, 65). O həmçinin buyurur: “Allaha şərik qoşan kimsə
göydən düşən ,quşların onu sürətlə alıb apardığı,yaxud küləyin onu sovurub uzaqlara atdığı
bir şeyə bənzər.” (əl–Həcc,31)
Allahdan bizi (şirkdən) sağ-salamat etməsini istəyirik.
2.Tövhid kəlməsinə yəni, (Lə iləhə illəllah)–a “Allahdan başqa xaliq (yaradan) yoxdur” və
ya “Ondan başqa xəlq etməyə qüdrəti olan yoxdur” mənasında açıqlama vermək. Halbuki belə
bir izah özlüyündə natamamdır. Həmçinin o, Quranda və Sünnədə varid olan açıqlamalara
ziddir. Uca Allahın (Öz Kitabında), Qureyş kafirlərinin də Onun yaradan, ruzi verən və işlərə
tədbir tökən olmasını iqrar etdiklərini bizə xəbər verməsi məsələyə tam aydınlıq gətirir. Uca
Allah buyurur: “(Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): "Göyləri və yeri kim
yaratmışdır?" - deyə soruşsan, onlar mütləq: "Allah!" - deyə cavab verəcəklər.” (Loğman, 25)
Əgər tövhid kəliməsi həqiqətən də bu mənanı versəydi, onlar mömin sayılardılar. Bəs elə isə, nə
səbəbdən bu kəlməni deməyə təkəbbürlük göstərir və onu təəccüblə qarşılırdılar. Uca Allah
3
Qurani kərimdə onların aşağıdakı sözləri dediklərini xəbər verir: “Əcaba, o, (Allahdan başqa
heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox
təəcüblü bir şeydir.” (Sad, 5) Deməli, bu kəlimə: “pak və uca Allahdan başqa ibadətə layiq
məbud yoxdur” – mənasındadır. Qureyş kafirləri məhz bu mənanı, yəni Allahın ibadətdə
təkləşdirilməsini təəccüblə qarşılamış və ona öz etirazlarını bildirmişlər.
3. Sevgili peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) barəsində ifrata yol vermək.
Həqiqətən peyğəmbərimiz Məhəmmədin (ona Allahın salavatı və salamı olsun!) yüksək dərəcəsi
və qiymətli yeri var. Bu məqama heç kəs, nə bir mələk, nə də bir insan və ya cin çata bilməz. O
(ona Allahın salavatı və salamı olsun!) həm şəfaətçi, həm də Qiyamət günü ən çox davamçısı olan
peyğəmbərdir. Rəbbi onu ən əzəmətli sifətlə vəsf edərək buyurur: “(Ey ümmətim!) Sizə
özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o
sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, mö’minlərlə şəfqətli, mərhəmətlidir!” (ət–
Tövbə, 128). Muhəmməd peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Özü barəsində ifrata
varmağı bizə qadağan etmiş və Buxarinin Ömər ibn əl–Xattabdan olan rəvayətində belə
buyurmuşdur: “Məni nəsranilərin Məryəm oğlu İsanı mədh etdikləri kimi mədh etməyin.
Şübhəsiz ki, mən də bir qulam. Elə isə mənə, Allahın qulu və elçisi deyin.” O (ona Allahın salavatı
və salamı olsun!), Allaha aid olan heç bir işdə məsələn qeybi bilmək və sairədə Ona ortaq ola
bilməzdi. Çünki o (ona Allahın salavatı və salamı olsun!) bir qul və özünün dediyi kimi Rəbbinin
dinini yayan bir peyğəmbər idi. O (ona Allahın salavatı və salamı olsun!) buyurur: “Sözsüz ki, mən
də sizin kimi bir bəşər övladıyam. Sizin nəyisə unutduğunuz kimi mən də unuduram.” Hədisi
Buxari və Müslim İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir.
Bəzi cahillərin Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) barəsində ifrata
vardıqları bir neçə məsələ:
a) Onun qeybi bilməsini və dünyanın ona görə yaradılmasını iddia etmək. Yolunu azmış
bu kəslərdən biri şerində deyir: Ey məxluqatın ən kəramətlisi, çətin anlarda səndən başqa
sığınacağım heç kəs yoxdur. Əgər bu çağırışımda mənim əlimdən tuta bilməyəcəksənsə (yəni,
kömək və s. etməyəcəksənsə), onda mənə bədqədəm de (yəni, artıq həlakıma hökm ver). Dünya
və onun əyalı sənin səxavətindəndir, lövhi-məhfuz və onu yazan qələmin elmi sənin
biliklərindəndir.
b) Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) günahların bağışlanmasını
diləmək və Cənnətə daxil olmaq üçün ona niyaz etmək. Bu, Allaha məxsus və heç kəsin də bu
məsələdə Ona şərik ola bilməyəcəyi bir işdir. Allah Elçisinin (ona Allahın salavatı və salamı
olsun!) özü, Rəbbindən Onun rəhməti sayəsində Cənnətə daxil edilməsini diləyərdi. İmam
Müslim Əbu Hüreyrədən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə dediyini
rəvayət edir: “Sizlərdən heç biriniz öz əməli sayəsində Cənnətə daxil olmayacaq. Dedilər: Məgər
siz də, Ya Rəsulallah (Cənnətə öz əməliniz sayənizdə daxil ola bilməyəcəksiniz–tər)? O
buyurdu: Bəli, hətta mən də Allahın mərhəməti və lütfkarlığı ilə Cənnətə daxil olacam.”
c) Allah Elçisinin qəbrini ziyarət etmək məqsədilə səfərə çıxmaq. Bu işin qadağan
olmasında bütün səhabələr həmrəydirlər. Buxari və Müslümün Əbu Səid əl-Xudridən (Allah
ondan razı olsun) rəvayət etdikləri hədisdə Peyğəmbər (ona Allah salavatı və salamı olsun)
buyurmuşdu: “Yalnız üç məsçidə ziyarətə getmək olar: Məsçidülhəram (Kəbə yerləşən məscid),
Məsçidüləqsa (Beytülmüqəddəs) və mənim məsçidim (Məscidünnəbəvi).”
Ey İslam qardaşım! Bil ki, Peyğəmbərin qəbrini ziyarət etməyin fəziləti haqda rəvayət
olunan bütün hədislər, alimlərin bildirdiyi kimi zəifdir. Həmin məsçiddə namaz qılmaq niyyəti
ilə səfərə çıxmaq isə bəyənilən bir əməldir.
التعليقات
لا توجد تعليقات بعد. كن أول من يشارك بتأمّل نافع.
ذات صلة
Doğru (səhih) əqidə və ona zidd olanlar
islamicmedia.tv
3 views · 3 months ago
Peyğəmbərin gündəlik sünnə əməlləri və zikrləri
islamicmedia.tv
4 views · 5 months ago
عظماء في التاريخ
islamicmedia.tv
1 view · 9 hours ago
من أحكام صلاة المرأة في الحرمين
islamicmedia.tv
1 view · 9 hours ago
البرنامج اليومي للمسلمة في شهر رمضان
islamicmedia.tv
1 view · 9 hours ago
أحكام المرأة في الصلاة دراسة فقهية مقارنة
islamicmedia.tv
1 view · 9 hours ago
توحيد الألوهية أساس الإسلام
islamicmedia.tv
1 view · 9 hours ago
شرح رسالة القواعد الأربع
islamicmedia.tv
1 view · 9 hours ago
توحيد الرب
islamicmedia.tv
1 view · 9 hours ago
شرح خطبة الحاجة
islamicmedia.tv
1 view · 9 hours ago